Klisman Cake (; ) — Albaniyalı peşəkar futbolçu. Rusiya Premyer Liqasında çıxış edən "Axmat Qroznı" klubunun və Albaniya milli futbol komandasında mərkəz müdafiəçisi kimi çıxış edir.
Klub karyerası Gənclik illəri və Tirana
Klisman Cake Albaniyanın Tirana şəhərində böyümüş və adını alman futbol əfsanəsi Yürgen Klinsmandan almışdır.
Futbola 8 yaşında olarkən yerli "Tirana" klubunda başlamış və 2007-ci ildə klubun akademiyasına qoşulmuşdur. O, paytaxt təmsilçisinin bütün aşağı yaş qruplarında çıxış etmiş, 2011-ci ildə 17 yaşlılardan ibarət komandaya yüksəlmişdir. 2015–2016-cı illər mövsümündə U-17 komandasının kapitanı seçilmiş və 10 fevral 2016-cı ildə ölkə kubokunun finalında həlledici penalti zərbəsini dəqiq yerinə yetirərək "Tirana"nın "Olimpik U17" komandasına qalib gəlməsində (2–1) və kuboku qazanmasında mühüm rol oynamışdır.
"Tirana"nın əsas komandasında 2016-cı ildə debüt etmiş və 2016–2017-ci illər mövsümündə Albaniya Kubokunu qazanan heyətdə yer almışdır.
Struqa və Şkendiya
2019-cu ildə Cake Şimali Makedoniya Birinci Liqası təmsilçisi "Struqa" klubuna transfer olunmuşdur. Burada keçirdiyi üç il ərzində 63 liqa oyununa çıxaraq 7 qol vurmuşdur.
2022-ci ilin yanvarında o, digər liqa təmsilçisi "Şkendiya" komandasına qoşulmuşdur.
"Şkendiya" ilə o, daxili çempionatla yanaşı, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının təsnifat mərhələlərində çıxış etmiş və 2025-ci ildə UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır.
Cake "Şkendiya" forması ilə ümumilikdə 106 liqa oyununda 10 qola imza atmışdır.
Axmat Qroznı
10 yanvar 2026-cı ildə Cake Rusiya Premyer Liqasında çıxış edən "Axmat Qroznı" klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalamışdır.
Milli komanda karyerası Cakenin beynəlxalq karyerası Albaniyanın aşağı yaş qruplarından başlamışdır. O, xüsusilə Albaniya U-17 millisində fərqlənmişdir.
Cake Albaniyanın əsas milli futbol komandasına ilk dəfə 2025-ci ilin oktyabr ayında cəlb edilmiş və rəsmi debütünü etmişdir.
Karyera statistikası
Klub Mövsüm Liqa Kubok Avropa Cəmi Divizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Tirana B 2016–17 Albaniya İkinci Liqası 2 0 — — — — 2 0 2017–18 Albaniya İkinci Liqası 2 0 — — — — 2 0 Cəmi 4 0 — — — — 4 0 Tirana 2016–17 Albaniya Super Liqası 9 0 2 0 — — 11 0 2017–18 Albaniya Birinci Liqası 5 0 0 0 0 0 5 0 2018–19 Albaniya Super Liqası 2 0 0 0 0 0 2 0 Cəmi 16 0 2 0 0 0 18 0 Struqa 2019–20 Makedoniya Birinci Liqası 17 1 1 1 — — 18 2 2020–21 Makedoniya Birinci Liqası 31 4 1 0 — — 32 4 2021–22 Makedoniya Birinci Liqası 15 2 2 0 2 0 19 2 Cəmi 63 7 4 1 2 0 69 8 Şkendiya 2021–22 Makedoniya Birinci Liqası 11 0 — — — — 11 0 2022–23 Makedoniya Birinci Liqası 25 3 1 0 6 0 32 3 2023–24 Makedoniya Birinci Liqası 32 5 1 1 2 0 35 6 2024–25 Makedoniya Birinci Liqası 32 2 1 0 2 1 35 3 2025–26 Makedoniya Birinci Liqası 6 0 1 0 14 0 21 0 Cəmi 106 10 4 1 24 1 134 12 Axmat Qroznı 2025–26 Rusiya Premyer Liqası 4 0 — — — — 4 0 Cəmi 4 0 — — — — 4 0 Karyera cəmi 193 17 10 2 26 1 229 20
Uğurları Tirana Albaniya Kuboku: 2016–17 Albaniya Superkuboku: 2017 Albaniya Birinci Divizionu: 2017–18
Struqa Şimali Makedoniya Birinci Liqası: 2024–25
İstinadlar
Kateqoriya:Albaniya futbolçuları Kateqoriya:Tirana FK futbolçuları Kateqoriya:Struqa FK futbolçuları Kateqoriya:Şkendiya FK futbolçuları Kateqoriya:Axmat FK futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular Kateqoriya:Albaniya Superliqası futbolçuları