Andreyevkaya 2000 metr () — rejissoru Mstislav Çernov olan Ukrayna sənədli filmi. Filmin süjeti davam edən Rusiya–Ukrayna müharibəsi zamanı Rusiya işğalı altında olan Andreyevka kəndini azad etmək missiyası zamanı Çernov, Aleks Babenko və bir Ukrayna tağımının döyüşlərini izləyir. Film 108 dəqiqə uzunluğundadır.
Filmin dünya üzrə premyerası 23 yanvar 2025-ci il tarixində "Sundance" kinofestivalında baş tutmuşdur. Film "Dünya sənədli kinosu" əsas müsabiqə proqramına daxil edilmiş və Mstislav Çernov burada ən yaxşı rejissor işinə görə mükafata layiq görülmüşdür.2000 Meters to Andriivka — Sundance Ekran əsəri 25 iyul 2025-ci il tarixində "PBS Distribution" tərəfindən Amerika Birləşmiş Ştatlarında məhdud sayda nümayiş etdirilmiş, dekabr ayında "Frontline" proqramında yayımlanmışdır. Ukrayna kinoteatrlarında filmin nümayişinə 28 avqust 2025-ci il tarixindən etibarən başlanılmışdır. Ekran əsəri 98-ci "Oskar" mükafatının "Ən yaxşı beynəlxalq tammetrajlı bədii film" kateqoriyası üzrə Ukraynadan namizəd seçilmişdir, lakin yekun siyahıya daxil edilməmişdir.
Süjeti
Filmdə 2023-cü ilin sentyabr ayında Baxmut istiqamətində Ukrayna ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları işıqlandırılmışdır. Jurnalistlər Mstislav Çernov və Aleks Babenko Rusiya–Ukrayna müharibəsinin ikinci ilində, 2023-cü ildə Rusiya tərəfindən işğal olunmuş Andreyevka kəndinin azad edilməsi əməliyyatında iştirak edən Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadasının taqımını müşayiət etmişdilər. Süjet xətti möhkəmləndirilmiş meşə zolağını keçməli olan hərbçilərin qarşılaşdıqları çətinliklər üzərində qurulmuşdur. Ətraf ərazilərin, demək olar ki, tamamilə minalandığı və kəndin faktiki olaraq dağıdıldığı qeyd olunmuşdur. Jurnalistlər tərəfindən döyüşçülərin səngər həyatı və mühüm strateji plasdarm uğrunda gedən şiddətli döyüşlər sənədləşdirilmişdir. Filmin böyük hissəsi döyüş meydanındakı qarşıdurmaları, hava hücumlarını, müharibənin gətirdiyi itkiləri və Rusiya qoşunlarının Donetsk vilayəti boyu irəliləyişini real vaxt rejimində qeydə alan Ukrayna əsgərlərinin bədən kameralarının görüntülərindən ibarətdir. Müharibənin nəticəsi olaraq kənd tamamilə dağıdılmış və əhalisi ərazini tam tərk etmişdir.
İstehsalı Mstislav Çernov filmin üzərində işləməyə "Oskar" mükafatı qazanmış "Mariupolda 20 gün" ekran əsərinin kinoteatrlarda nümayiş olunduğu dövrdə başlamışdır. Rejissor müasir müharibəni tamaşaçını hadisələrin mərkəzinə maksimum dərəcədə cəlb edən eksperimental və innovativ üsullarla təsvir etməyə çalışmışdır. Əks-hücum əməliyyatları başa çatdıqdan sonra filmin ideyasında dəyişikliklər edilmişdir. Çernov qeyd etmişdir ki, bu əməliyyatın uğur hekayəsi zaman keçdikcə itkilərin, yaddaşın və əsgərlərin hər qarış torpaq üçün ödədikləri ağır bədəlin xronikasına çevrilmişdir; filmin adı da məhz bu amillə bağlıdır.
"Frontline" və "The Associated Press" filmin birgə prodüserliyini həyata keçirmiş, "PBS Distribution" isə filmi yayımlanmışdır.
Ekran əsərinin post-prodakşn mərhələsi təxminən il yarım davam etmişdir. Redaktə işləri ilə əvvəllər Çernov ilə birlikdə "Mariupolda 20 gün" filmində işləmiş "Frontline" nəşrinin redaktoru Mişel Mizner məşğul idi. Saundtrek ikiqat "Qremmi" mükafatı laureatı Sem Sleyter tərəfindən bəstələnmiş və Avstriya səs sənətçisi Yakob Vasak tərəfindən prodüserlik edilmişdir. Musiqidə səs və musiqi bəstələrinə minimalist yanaşma nümayiş etdirilir. Burada əsasən, müharibə barabanı, Vasakın özünün inkişaf etdirdiyi elektroakustik alət olan "Kobofon", eləcə də müharibə zonasından orijinal səhra yazıları və ratsiya istifadə olunur.
Bu müddət ərzində lentə alınan əsgərlər arasında itkilərin sayı getdikcə artmışdır. Hadisələri dəbilqə kameraları ilə qeydə alan dörd döyüşçüdən filmin tamamlanma mərhələsində yalnız biri həyatda qalmışdır. Çernov vurğulamışdır ki, filmin yaradılmasında əsas məqsəd quru statistika hesab edilən itki rəqəmlərinə, xəritədəki adlara və məsafələrə real məna qazandırmaqdır.‘Everything is trying to kill you’: harrowing Ukraine film gets standing ovation at Sundance
Nümayişi "Andreyevkaya 2000 metr" filminin dünya premyerası 23 yanvar 2025-ci il tarixində "Sundance" kinofestivalında baş tutmuşdur və rejissor Mstislav Çernov burada "Dünya sənədli kinosu" bölməsində ən yaxşı rejissor işinə görə mükafata layiq görülmüşdür. Filmin beynəlxalq satış hüquqlarını "Dogwoof" şirkəti öz üzərinə götürmüşdür. 30 mart 2025-ci il tarixində "CPH:DOX 2025" festivalında ekran əsəri araşdırmaçı jurnalistika janrında ən yaxşı sənədli film nominasiyası üzrə "F:ACT AWARD" mükafatını qazanmışdır. Festival münsiflər heyəti bu qərarı filmin təkcə yaxın coğrafiyada baş verən münaqişəni əks etdirməsi ilə yox, həm də müharibənin çoxşaxəli təsviri baxımından "Qərb cəbhəsində yenilik yoxdur" əsəri ilə müqayisə oluna biləcək bir kino şah əsəri olması ilə əsaslandırmışdır. ABŞ-də filmin dekabr ayında "Frontline" proqramında yayımlanmasından əvvəl, 25 iyul 2025-ci il tarixində "PBS Distribution" tərəfindən məhdud nümayişi təşkil edilmişdir.
Ukrayna premyerası 2025-ci ilin iyun ayında Kiyevdə keçirilən "DocuDays UA" sənədli film festivalında reallaşmışdır. Ekran əsəri burada "Docu/World" əsas mükafatı ilə yanaşı, "Rights Now!" və "Tamaşaçı rəğbəti" nominasiyaları üzrə də qalib gəlmişdir.
Film həmçinin, 2025-ci il Kann kinofestivalına seçilmiş və 59-cu Karlovı Varı Beynəlxalq Kinofestivalının "Üfüqlər" proqramına daxil edilmişdir. "DocAviv" Beynəlxalq Sənədli Film Festivalında qalib gələn ekran əsəri, eyni zamanda "Millennium Docs Against Gravity", Transilvaniya Beynəlxalq Kinofestivalı (TIFF.24), "Mykolaychuk OPEN" və Böyük Britaniyadakı "Sheffield Docs" festivallarında tamaşaçı rəğbəti mükafatlarını qazanmışdır. 2025-ci ilin oktyabr ayında 20-ci Roma Kinofestivalında filmin xüsusi nümayişi keçirilmişdir.
5 noyabr 2025-ci il tarixində ekran əsəri Stokholm Beynəlxalq Kinofestivalının sənədli film müsabiqəsinin qalibi olmuşdur.
98-ci "Oskar" mükafatı təqdimatında Ukraynanı "Ən yaxşı sənədli tammetrajlı film" kateqoriyasında təmsil edən bu ekran əsəri, həmçinin "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyası üzrə geniş siyahıya (longlist), "Ən yaxşı sənədli tammetrajlı film" nominasiyası üzrə isə qısa siyahıya (shortlist) daxil edilmişdir. Film "Gotham Awards 2025" mükafatlandırmasında "Ən yaxşı sənədli film" kateqoriyasında namizəd göstərilmişdir. "Kinokolo" Milli Kinotənqidçilər Mükafatında "Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında qalib gəlmiş, Çernovun özü isə "Ən yaxşı rejissor" seçilmişdir. Ekran əsəri BAFTA mükafatına sənədli film kateqoriyasında namizəd olmuş, Mstislav Çernov həmçinin ssenarist kimi Amerika Yazıçılar Gildiyasının (WGA) sənədli film ssenarisi nominasiyası üzrə namizədlər siyahısında yer almışdır.
Filmin 7 yanvar 2026-cı il tarixində 37-ci Palm Sprinqs Beynəlxalq Kinofestivalının "Awards Buzz – Ən yaxşı beynəlxalq tammetrajlı film" bölməsində mübarizə aparacağı planlaşdırılır.
Qəbulu 2025-ci ilin yanvar ayında "Sundance" kinofestivalında filmin nümayişi başa çatdıqdan sonra tamaşaçılar yaradıcı heyəti və Ukrayna əsgərlərini ayaq üstə alqışlamışdılar. Festivalın yekunlarına əsasən, Mstislav Çernov "Dünya sənədli kinosu" proqramında ən yaxşı rejissor işinə görə mükafatla təltif olunmuşdur.
Kino tənqidçiləri filmi yüksək qiymətləndirmişlər. Hazırda "Andreyevkada 2000 metr" filminin reytinqi "Metacritic" platformasında 88%, "Rotten Tomatoes" saytında isə 93% təşkil edir.2000 Meters to Andriivka — Metacritic Ekran əsəri "Letterboxd" servisinin ilin ən çox müzakirə olunan filmləri reytinqində üçüncü pillədə qərarlaşmışdır. "IndieWire" nəşrindən Kristian Blovelt filmi sənədli kinoda döyüş əməliyyatlarının ən təsirli və təcrübi təsvirlərindən biri kimi xarakterizə etmişdir. "Collider" nəşrinin tənqidçisi Tereza Lekson filmin uğurunu Çernovun seçdiyi formatla əlaqələndirmişdir. Onun fikrinə görə, müəllif sadə rəqəmlər və siyahılar əvəzinə, tamaşaçıya hərbçilərin yalnız simalarını yox, həm də onlardan oğurlanmış potensialla dolu həyatlarını nümayiş etdirərək onları daha yaxından tanıtmışdır.«2000 метрів до Андріївки»: що кінокритики в США пишуть про новий фільм Мстислава Чернова
İstinadlar
Kateqoriya:2025-ci ilin filmləri Kateqoriya:Ukraincə filmlər Kateqoriya:2025-ci ilin sənədli filmləri