Səlimov Hüseynbala Məhəmmədəli oğlu () — Azərbaycanlı siyasi analitik, politoloq, radio jurnalisti və ictimai xadim.

Təhsil Moskva Dövlət Universitetinin fizika fakültəsini 1988-ci ildə bitirib, ardından Azərbaycan Milli Aerokosmik Agentliyinin aspiranturasını astrofizika ixtisası üzrə 1994-cü ildə tamamlayıb.

Jurnalistik fəaliyyəti 1992-ci ildən jurnalistika ilə məşğuldur. "Azadlıq", "Müxalifət", "Rezonans", "Millətin səsi", "Gündəlik Azərbaycan", "Yeni Müsavat" qəzetlərinin aparıcı müəlliflərindən və siyasi şərhçilərindən biri olub. "vesti.az", "minval.az", "novosti.az", "axar.az", "zerkalo.az", "musavat.com", "qaynarinfo.az" və digər internet nəşrləri ilə əməkdaşlıq edib.

Yazıları "Qanun", "Azərbaycan", "Ulduz" və Moskvada nəşr olunan "Mərkəzi Asiya və Qafqaz" jurnallarında dərc olunub. Uzun müddət "Azad Avropa/Azadlıq" radiosunun siyasi analitiki və şərhçisi vəzifəsini yerinə yetirib. Azərbaycan və rus dillərində yazır.

Siyasi fəaliyyəti 1980-ci illərin sonunda Azərbaycanda başlanan milli azadlıq və demokratiya hərəkatının fəallarından olub. Azərbaycan Xalq Cəbhəsinin "ideologiya" şöbəsinin müdiri (1992–1993), AXC Ali Məclisinin üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuş, sonradan "Müsavat" partiyasına keçmişdir. 2000-ci ildən yalnız jurnalistika fəaliyyəti ilə məşğuldur.

Pedaqoji fəaliyyəti Rusdilli məktəblərdə fizikadan, bir sıra ali məktəblərdə sosiologiyadan dərs deyib.

Mükafatlar "Yeni Nəsil" Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi "Media açarı-2011" mükafatının "İlin şərhçisi" nominasiyasının qalibi. Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi Həsən bəy Zərdabi adına mükafat (analitik jurnalistika və siyasi publisistika sahəsində uzunillik səmərəli fəaliyyətinə görə, 2026)

İstinadlar

Xarici keçidlər Musavat.com — Müəllif səhifəsi Qaynarinfo.az — Müəllif səhifəsi Azadlıq Radiosu — Müəllif arxivi Zerkalo.az — Müəllif səhifəsi Vesti.az — Müəllif səhifəsi Kateqoriya:Azərbaycan politoloqları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər