Mina Urqan (; ) — türk ingilis ədəbiyyatı professoru, yazıçı, filoloq, tərcüməçi və sosialist siyasətçisi.
O, İngilis ədəbiyyatının ən mühüm əsərlərini türk ədəbiyyatına qazandıran yazıçı olub. Tomas Melori, Henri Fildinq, Balzak, Oldos Haksli, Qrem Qrin, Vilyam Qoldinq, Con Qolsuorsi və Şekspirin əsərlərini tərcümə etməklə yanaşı, yazdığı "Bir Dinozavrın xatirələri" və "Bir Dinozavrın gəzintiləri" adlı iki kitabı ilə də oxucuların böyük rəğbətini qazanıb. Urqan, "Elizabet dövrü teatrında təlxəklər" adlı tədqiqat işi ilə dosent, 1960-cı ildə isə professor elmi adını alıb. Həmin il Türkiyə İşçi Partiyasına daxil olaraq ingilis ədəbiyyatı pedaqoqu kimi davam etdirdiyi müəllimlik fəaliyyətindən 1977-ci ildə təqaüdə çıxdı. O, Azadlıq və Həmrəylik Partiyasının təsisçi üzvü olub. 15 iyun 2000-ci ildə 85 yaşında vəfat edib. Çalışdığı İstanbul Universiteti İngilis dili və Ədəbiyyatı kafedrası onun xatirəsinə hər il hekayə müsabiqəsi təşkil edir.
Mina Urqanın teatr aktyoru Cahit Irqatla evliliyindən Mustafa Irqat və Zeynep Irqat adlı iki övladı dünyaya gəlib. Bu evlilik boşanma ilə sonlanıb. Həyatı Mina Urqan 1 may 1915-ci ildə İstanbulda dünyaya gəlib. Atası "Fəcr-i Ati" ədəbi toplusunun şairi Təhsin Nahid bəy, anası isə Şəfiqə xanımdır. Atasını 2 yaşında itirən Mina Urqan anasının ikinci həyat yoldaşı Falih Rıfkı Atayın himayəsində böyüyüb. Hazırda Robert Kolleci adlanan Arnavutköy Amerikan Qız Kollecindəki təhsilindən sonra İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Fransız Filologiyası bölməsini bitirib. Eyni fakültənin İngilis filologiyası bölməsində doktorluq dərəcəsinə yiyələnən Urqan, "Elizabet dövrü teatrında təlxəklər" () adlı disertasiya ilə 1949-cu ildə dosent elmi adını qazanıb. 1960-cı ildə professor kimi müəllimlik fəaliyyətini davam etdirən yazıçı, 1977-ci ildə İstanbul Universitetindən təqaüdə çıxdı.
Urqan, tərcüməçi və yazıçı kimi elmə, ədəbiyyata verdiyi töhfələrinə görə sahəsinin ustadı hesab olunurdu. İlk cildi 1986-cı ildə, beşinci və sonuncu cildi isə 1993-cü ildə çap edilən "İngilis ədəbiyyatı tarixi" adlı əsəri başda olmaqla; Tomas Mor, Şekspir və Virciniya Vulf haqqında apardığı tədqiqatlar ilə seçilib. Müəllifin "Ədəbiyyatda Utopiya anlayışı və Tomas Mor" adlı tədqiqat işi dövründə böyük əks-səda doğurub.
Urqanın "Virciniya Vulf" kitabı 1995-ci ildə, "D.H.Lourens" adlı kitabı isə 1997-ci ildə nəşr olunub.
Siyasi həyatı Mina Urqan siyasətə 1960-cı ildən etibarən atılmışdır. O, 1961-ci ildə yaradılan və sonradan TKP (Türkiyə Kommunist Partiyası) ilə birləşən TİP-in (Türkiyə İşçi Partiyası) qurucularından biridir. Növbəti illərdə ÖDP-dən (Azadlıq və Həmrəylik Partiyası; indiki adı ilə SOL Partiya) məclisə daxil olmağa çalışsa da, partiyası parlamentə düşmək üçün lazım olan 10%-lik seçki baryerini keçə bilmədiyi üçün millət vəkili seçilə bilməmişdir.
Xatirələrində yazır ki, iyirmi yaşında solçuluğa meyil etmişdir. Siyasi həyatı haqqında "Bir Dinozavrın xatirələri" adlı kitabını qələmə almışdır. Bir Dinozavrın xatirələri və səyahətləri Mina Urqan səksən üç illik bir ömrün xatirələrini bir araya gətirdiyi və yaxın tarixdən bəhs etdiyi "Bir Dinozavrın xatirələri" kitabı ən çox satılan kitablar sırasına daxil olub. Ardınca o, yeni kitabı "Bir Dinozavrın səyahətləri"ni qələmə aldı ki, bu kitab da böyük maraqla qarşılandı. "Bir Dinozavrın xatirələri"nin mərkəzində Mina Urqan olsa da,https://www.turkedebiyati.org/sairler/tahsin-nahit.html Erişim Tarihi: 9 Ocak 2020 Atatürkdən Xalidə Ədibə, Nəcib Fazil, Abidin Dino, Neyzən Tofiq, Səid Faiq və Yəhya Kamaldan Əhməd Haşıma qədər bir çox yazıçının xatirələri yer almışdır. "Bir Dinozavrın səyahətləri"ndə isə, başda "Mavi səyahət" və Bodrum olmaqla; Anadolu, Paris, İngiltərə, İtaliya, Sovet Rusiyası və Amerikaya "dinozavr sayğı" (az pulla) etdiyi səfərlərini, həyatla bağlı tüm müsbət təəssüratlarını bölüşmüşdür. Hər iki kitabı da böyük satış rekordları qıran yazıçı, bu vəziyyəti ironiya ilə belə izah etmişdi:
"Kitablarımın necə bu qədər satıldığını anlamadım, hələ də anlamıram. Mənim kitabım necə satıla bilər? Bu cəmiyyətə o qədər ziddəm ki... Görəsən, çoxmu bayağı yazıram? Görəsən, səhvmi etmişəm?" Əsərləri Şekspir və Hamlet (1984) Ədəbiyyatda Ütopya anlayışı ve Tomas Mor (1984) İngilis ədəbiyyatı tarixi, 5 cilddə (1986-1993) Virciniya Vulf (1995) Deyvid Herbert Lourens (1997) Bir Dinozavrın xatirələri (1998) Bir Dinozavrın səyahətləri (1999) (ISBN 975-363-832-9)
Tərcümələri Mobi Dik - Herman Melvill (ön sözü Səbahəddin Əyyuboğlu ilə birgə yazıb) Maddənin ürəyi - Qrem Qrin Arturun ölümü - Ser Tomas Malori Milçəklər tanrısı - Vilyam Qoldinq Troil və Kressida - Uilyam Şekspir (ön sözü Səbahəddin Əyyuboğlu ilə birgə yazıb) Afinalı Timon - Uilyam Şekspir (Səbahəddin Əyyuboğlunun tərcüməsinə ön söz) Utopiya - Tomas Mor (Həsən Əli Yücəl Klassiklər seriyası)
Mükafatları 1986 - İncəsənət İnstitutunun Ən yaxşı Tərcümə mükafatı ("Çılpaqayaq Sokrat"a görə), 1993 - Qızıl Kitab mükafatı, 1995 - Sədat Səmavi Vəqfi Onur mükafatı (Virciniya Vulfa görə), 1996 - Yazıçılar Birliyinin Fəxri mükafatı . Adına verilən mükafatlar İstanbul Universitetinin İngilis dili və ədəbiyyatı kafedrası tərəfindən hər il "Mina Urqan qısa hekayə müsabiqəsi" mükafatı verilir. İstinadlar
Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Türkiyə filoloqları Kateqoriya:147-lər Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:İstanbul Universitetinin müəllimləri