Larisa İvanovna Qolubkina () — sovet və rusiya aktrisası. Rusiyanın Xalq artisti.

Həyatı Larisa Qolubkina 9 mart 1940-cı ildə Moskvada anadan olub. 1955-ci ildə Moskva Musiqi Pedaqoji Peşə Məktəbinin dirijorluq-xor ifası bölməsinə qəbul olunub. Oranı 1959-cu ildə bitirdikdən sonra Rusiya Teatr Sənəti İnstitutunun musiqili komediya bölməsinə daxil olub.

Tələbə olduğu vaxt aktrisa kimi debütünü Eldar Ryazanovun "Qusar balladası" komediyasında oynadığı rolla gerçəkləşdirib. 1964-cü ildə Rusiya Teatr İncəsənət İnstitutunu bitirdikdən sonra 1964-cü ildə Sovet Ordusu Mərkəzi Akademik Teatrının aktrisası olub. Həm lirik, həm də xarizmatik qəhrəmanları ustalıqla canlandırdığından, yaxşı oxumağı və rəqs etməyi bacardığından teatrın əksər tamaşalarında rol alıb: "Əsgər və Həvva", "Renaldo döyüşə gedir", "Uzaq keçmişdə", "Əbədilik qanunu", "Sonuncu məcnun", "Sevgi – qızıl kitab" və sair.

1974-cü ildə Yevgeni Ginzburqun "Piqmalion" klassik tamaşası əsasında lentə aldığı "Larisa Qolubkinanın Benefisi" teletamaşasına çəkilib. Benefis Böyük Britaniyada keçirilən 17-ci Beynəlxalq Əyləncə xarakterli Televiziya Verlişləri Müsabiqəsində "Büllur antenna" (1977) mükafatına layiq görülüb.

Larisa Qolubkina 1962-ci ildə Eldar Ryazanovun "Qusar balladası" filmində kinoda debüt edib. Onun 20-dən çox rolu var, o cümlədən "Mənə şikayət kitabı ver" (1965), "Çar Saltanın nağılı" (1966), "Qayıqdakı üç adam" (1979) və "Azadlıq" filmləri seriyasında (1968, 1969, 1970, 1971) oynayıb.

Şuroçka Azarova rolu aktrisaya tamaşaçılar arasında geniş şöhrət və populyarlıq qazandırıb.

Son illərdə ağır xəstəliklə mübarizə aparan aktrisa 22 mart 2025-ci ildə Moskvada vəfat edib.

Filmoqrafiya 1962 — Qusar Balladası () 1965 — Şikayət Kitabını Gətirin () 1966 — Çar Soltan Haqqında Nağıl ()

Şəxsi həyatı Aktrisa RSFSR-in xalq artisti Andrey Mironovla evli olub və Mariya adlı qızı var.

İstinadlar

Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Rusiya teatr aktrisaları