İslam Ölkələri Statistika, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi () – İslam Əməkdaşlıq Təşkilatının tabeliyində tədqiqat və təlim mərkəzidir. 1977-ci ildə Tripolidə keçirilən 8-ci İƏT xarici işlər nazirləri görüşü zamanı qəbul edilmiş qərarla yaradılmış və 1 iyun 1978-ci ildə Ankarada fəaliyyətə başlamışdır
Yaradılma məqsədı SESRIC İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə sosial-iqtisadi statistikanı toplamaq və dərc etmək, üzv ölkələrdə sosial və iqtisadi inkişafı tədqiq etmək və müəyyən sahələrdə təlimlər təşkil etmək üçün yaradılmışdır.
Bu sahələrdən əlavə, SESRIC həmçinin İƏT-lə Birləşmiş Millətlər Təşkilatı arasındakı əməkdaşlıq və informasiya mübadiləsi üzrə də işlər aparır. Bundan əlavə, İƏT-in əsas tədqiqat qolu olan SESRIC, İƏT daxilində təşkil edilən görüşlərdə istifadə üçün məlumatlar və sənədlər hazırlayır.
SESRIC-in beş bölməsi var: iqtisadi və sosial tədqiqatlar, təhsil və texniki əməkdaşlıq, statistika və informasiya, nəşriyyat və informasiya emalı, inzibati və maliyyə işləri.
Baş direktorlar Ad Dövr Şadi Cindoruk 1 iyun 1978 – 30 aprel 1998 Erdinç Erdun 1 may 1998 – 30 aprel 2006 Savaş Alpay 1 may 2006 – 26 mart 2015 Musa Kulaklıkaya 27 mart 2015 – 26 mart 2019 Nebil Dabur 27 mart 2019 – 26 mart 2023 Zəhra Zümrüd Səlçuk 27 mart 2023 – indiyədək
Baş qərargah SESRIC-in baş qərargahı Ankaranın Çankaya ilçəsində, Qüds prospektində yerləşir.
Xarici keçidlər Rəsmi veb-saytı
İstinadlar
Kateqoriya:1977-ci ildə Türkiyədə yarananlar Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatı Kateqoriya:1977-ci ildə yaradılmış elmi-tədqiqat institutları