Aqrafka Yaradıcılıq Emalatxanası — Lvov rəssamları Romana Romanışın və Andrey Lesiv tərəfindən təsis edilmiş yaradıcılıq birliyi və dizayn studiyası. Qurum kitab tərtibatı və illüstrasiyası sahəsində fəaliyyət göstərir, həmçinin qrafika, rəngkarlıq və dizayn üzrə ixtisaslaşmışdır.

Studiya kitab illüstrasiyası sahəsində bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür. Bunların sirasında 2017-ci ildə Bratislavada keçirilən Beynəlxalq İllüstrasiya Biennalesi ("BIB 2017") və 2018-ci ilin "Bologna Ragazzi Award" mükafatları xüsusi qeyd olunmuşdur.

Tarixi Romana Romanışın və Andrey Lesiv kitab tərtibatı sahəsində fəaliyyətlərinə hələ 1999–2003-cü illərdə Lvov Dövlət Dekorativ və Tətbiqi Sənət Kollecində təhsil aldıqları dövrdə başlamışlar. Həmin vaxt sənətkarlar Lvovun "Litopis" nəşriyyatından Erlend Luya məxsus "Nayv. Super" romanının üz qabığını hazırlamaq təklifini almışlar. İncəsənət Akademiyasında təhsil aldıqları illərdə isə onlar iki böyük layihə — İvan Frankonun "Solmuş yarpaqlar" (2006-cı il, "Litopis") və Boqdan-İqor Antonıçın "Üç üzük" (2008-ci il, "Litopis") şeirlər toplusunun ümumi tərtibatı üzərində çalışmışdılar. İvan Frankonun "Solmuş yarpaqlar" adlı intim lirika toplusu üzərində aparılan iş Romana Romanışın və Andrey Lesivin peşəkar həyatında əlamətdar hadisəyə çevrilmişdir. Bu nəşr onların təkcə tərtibatçı deyil, həm də maket, səhifələmə və tam qrafika işini icra etdikləri ilk bütöv əsəri olmuşdur.

Müəlliflər 2010-cu ildə Polşa Mədəniyyət Nazirliyinin "Gaude Polonia" təqaüd proqramı çərçivəsində Krakovda altı aylıq təcrübə keçən zaman kitab layihələndirilməsini dərindən öyrənmişdilər. Bu dövrdə onlar "Nobel" mükafatı laureatı Vislava Şimborskayanın sağlığında çap olunan sonuncu kitabı — polyak və ukrain dillərində olan "Bəlkə də hər şey budur" adlı şeirlər toplusunun tərtibatı üzərində işləmişlər. "BoSz" nəşriyyatı tərəfindən işıq üzü görən bu kitab müəllif tərəfindən yüksək qiymətləndirilmişdir.

"Aqrafka" emalatxanası Avstriyanın Ukrayna ədəbiyyatına həsr olunmuş "Podium" jurnalı üçün üz qabığı və illüstrasiyalar hazırlamışdır.

"Əlcək. Ukrayna xalq nağılı" kitabı "Aqrafka" yaradıcılıq emalatxanasının "Tədris kitabı — Boqdan" nəşriyyatı ilə birgə həyata keçirdiyi ilk uşaq layihəsi olmuşdur. 2011-ci ildə nəşr olunan bu əsər Lvov Beynəlxalq Uşaq Festivalının ən yaxşı kitabı seçilmiş və "Levenya" uşaq kitab mükafatının Qran-pri mükafatına layiq görülmüşdür. Həmçinin, "Əlcək" kitabı 2011-ci ildə Bratislavada keçirilən Beynəlxalq İllüstrasiya Biennalesinin ("BIB 2011") mükafatını qazanmış və uşaq nəşrlərinin nüfuzlu beynəlxalq illik kataloqu olan "Ağ qarğalar – 2012" (White Ravens) siyahısına daxil edilmişdir. 2012-ci ildə "Tədris kitabı — Boqdan" nəşriyyatında İvan Frankonun təqdimatında və "Aqrafka"nın bədii-illüstrativ tərtibatında "Turp" Ukrayna xalq nağılı nəşr olunmuşdur. Həmin il kitab ən yaxşı art-layihə nominasiyasında "Levenya" uşaq kitab mükafatını qazanmış, 2013-cü ildə isə "Ağ qarğalar" kataloquna daxil edilmişdir. Emalatxananın Lvovun "Qoca Şir Nəşriyyatı" ilə əməkdaşlığı xüsusilə məhsuldar olmuşdur. Solomiya Çubayın müraciəti ilə atası, tanınmış şair Qritsko Çubayın "Beşkitablıq" əsəri 2013-cü ildə bu nəşriyyatda işıq üzü görmüşdür. Bu layihə illüstratorların sözügedən nəşriyyatla aktiv əməkdaşlığının əsasını qoymuşdur. Nəticədə Romana Romanışın və Andrey Lesivə məxsus "Antomimlər" (2014-cü il), "Ulduzlar və lalə toxumları" (2014-cü il), "Mənim evim və ordakı əşyalar" (2015-ci il) və "Rondonu dəyişən müharibə" (2015-ci il) adlı müəllif kitabları çap olunmuşdur. Bununla yanaşı, sənətkarlar Çarlz Dikkensin "Milad hekayəsi", Mixael Endenin "Bitməyən hekayə", Tuve Yanssonun "Mumi-trollar ölkəsi" və Sofiya Andruxoviçin "Feliks Avstriya" kimi əsərlərinin tərtibatı üzərində çalışmışdılar. 2015-ci ildə Lvov Naşirlər Forumunda "Şeptitski A-dan Z-yə" adlı əlifba-ensiklopediya təqdim edilmişdir. "Aqrafka", "Qoca Şir Nəşriyyatı" və müəlliflər Oksana Dumanskaya ilə Qalina Tereşşukun birgə layihəsi olan bu kitab "Naşirlər Forumunun ən yaxşı kitabı – 2015" mükafatına layiq görülmüşdür.

2016-cı ildə Vilnüsdə keçirilən 17-ci Beynəlxalq Kitab Yarmarkası zamanı Litva Prezidenti Dalya Qribauskayte litvalı rejissorlar, illüstratorlar və "Aqrafka" yaradıcılıq emalatxanasının (Romana Romanışın və Andrey Lesiv) birgə ustad dərslərində iştirak etmişdir.

2016-cı ildə əlifba-ensiklopediya seriyası "Franko A-dan Z-yə" kitabı ilə zənginləşmişdir. Mətni Boqdan Tıxoloz və Natalya Tıxoloza, bədii tərtibatı isə "Aqrafka" emalatxanasına məxsus olan bu əsər "Naşirlər Forumunun ən yaxşı kitabı — 2016" mükafatını qazanmışdır. 2017-ci ildə nəşr Bratislavada keçirilən Beynəlxalq Bədii İllüstrasiya Biennalesində "BIB 2017 PLAQUE" mükafatı ilə təltif edilmişdir.

Həmçinin, bu əsər "İlin kitabı 2016" ümumi Ukrayna reytinqinə əsasən idrak və inkişafetdirici kitablar kateqoriyasında ən yaxşı nəşr hesab olunmuşdur. 2017-ci ildə səs, sükut, nitq və eşidilən və ya eşidilməyən səslər haqqında bəhs edən "Uca, sakit, pıçıltı ilə" adlı elmi-kütləvi şəkilli kitab nəşr edilmişdir. Həmin ilin sonunda isə görmə duyğusuna həsr olunmuş və əvvəlki nəşrlə dilogiya təşkil edən "Mən belə görürəm" adlı şəkilli kitabın anonsu verilmişdir. "Aqrafka" yaradıcılıq emalatxanası həm Ukrayna, həm də xarici nəşriyyatlarla əməkdaşlığı davam etdirir. Müəlliflər Lvov şəhərində yaşayır və fəaliyyət göstərirlər.

Kitab layihələri

Müəllifin nəşrləri 2014 — "Антоміми" 2014 — "Зірки і макові зернята" 2015 — "Мій дім і речі в нім", книжка-картонка 2015 — "Війна, що змінила Рондо" 2017 — "Голосно, тихо, пошепки", книжка-картинка 2018 — "Я так бачу", книжка-картинка 2020 — "Куди і звідки"

Nəşrlərin bədii dizaynı

2008 — "Зів'яле листя" І. Франка 2008 — "Японські сади" А. Накорчевського, альбом 2008 — "Три перстені" Б.- І. Антонича 2011 — "Може, це все" В. Шимборської 2011 — "Рукавичка" (українська народна казка) 2012 — "Ріпка" (у переказі І. Франка) 2012 — "Był Sobie Pewien Człowiek" Danuta Wawiłow 2013 — "П'ятикнижжя" Г. Чубая 2014 — "Гронінгенський рукопис" І. Старовойт 2014 — "373" М. Кіяновської 2015 — "Шептицький від А до Я" 2016 — "Франко від А до Я", "Чоловіки, жінки і діти Ю. Мусаковської 2017 — "Супергерої" О. Гусейнової 2017 — "Коханець леді Чаттерлей" Д. Лоуренса 2018 — "Прощавай, зброє" Ернест Гемінґвей

Nəşrlər üçün üz qabıqları

2004 — "Homo legens: читання як соціокультурний феномен" М. Зубрицької 2004 — "Роль читача. Дослідження з семіотики текстів" У. Еко 2004 — "Історія моїх страждань. Листування Абеляра й Елоїзи" Абеляра 2004 — "Історія європейської ментальності" 2004 — "Візії: як наука змінить ХХІ сторіччя" Мічіо Кайку 2004 — "Мандрівка людей книги" О. Токарчук 2004 — "Вибране" Т. Янссон 2004 — "Поки ти заснеш" Лінн Ульманн 2005 — "Гіперпростір. Наукова одіссея крізь паралельні світи, викривлений простір-час і десятий вимір" Мічіо Кайку 2005 — "Помаранчева дівчинка" Ю. Ґордера 2007 — "Останні історії" О. Токарчук 2007 — "Родина Європи" Ч. Мілоша 2007 — "Європейська література і латинське середньовіччя" Е. Р. Курціус 2007 — "Пантелеймон Куліш особистість, письменник, мислитель" Є. Нахліка 2007 — "Наодинці з собою" М. Аврелія 2009 — "Semper magister et semper tiro: Іван Франко та Осип Маковей" Н. Тихолоз 2007–2009 — "Університетські діалоги", серія видань 2008 — "Таємниця роздвоєного обличчя: Авторська свідомість в інтелектуальній прозі Віктора Петрова-Домонтовича" М. Гірняк 2009 — "Міфопоетичні образи в художньому світі Івана Франка" Б. Тихолоза 2009 — "Філософська лірика Івана Франка" Б. Тихолоза 2009 — "Повне зібрання творів" Б.- І. Антонича 2009 — "День у день" Т. Мора 2009 — "У дзеркалі, у загадці" Ю. Ґордера 2009 — "Vita brevis. Лист Флорії Емілії до Аврелія Авґустина" Ю. Ґордера 2010 — "Нові шляхи історичного мислення" Й. Рюзен 2010 — "Історія греків" І. Монтанеллі 2010 — "Історія Америки" Дж. Б. Тіндалль, Д. Е. Шай 2010 — "Великий код: Біблія і література" Н. Фрай 2011 — "Червоне і Чорне | Чорне і Червоне. 100 українських поеток і 100 українських поетів ХХ сторіччя. Поетична антологія в двох томах" 2013 — "13 різдвяних історій" 2014 — "Фелікс Австрія" С. Андрухович 2014 — серія книжок "Країна Мумі-тролів" Т. Янссон 2014 — "Мандрівний замок Хаула" Д. В. Джонс 2014 — "Різдвяна історія" Ч. Діккенса 2014 — "Нескінченна історія" М. Енде 2014 — "Далекі близькі" В. Єрмоленка 2016 — "Джордж і таємний ключ до Всесвіту", "Джордж і скарби космосу" С. Гокінґа і Л. Гокінґ 2017 — серія романів Террі Пратчетта у "Видавництві Старого Лева". 2018 — збірка "19 різдвяних історій" 2020 — роман "Амадока"

Tərcümələr İvan Frankonun təqdimatında və "Aqrafka"nın illüstrasiyaları ilə nəşr olunan "Turp" kitabı Cənubi Koreyanın ən böyük nəşriyyatlarından biri olan "BIR" tərəfindən koreya dilində çap edilmişdir.

"Ulduzlar və lalə toxumları" kitabının nəşr hüquqları Fransa (Rue Du Monde), Cənubi Koreya (BookNBean Publisher), Argentina (Limonero Textos), Çin (Petrel Publishing House), Sloveniya (Malinc) və Latviya nəşriyyatları tərəfindən əldə olunmuşdur. "Rondonu dəyişən müharibə" kitabının nəşr hüquqlarını Slovakiya (OZ Brak), Fransa (Rue du monde), Çin (Dolfin Media), Cənubi Koreya (Sanha Publishing Co) və Polşa (Krytyka Polityczna) nəşriyyatları satın almışdılar.

"Uca, sakit, pıçıltı ilə" adlı şəkilli kitab fransız, ispan və portuqal dillərində işıq üzü görmüşdür. "Mən belə görürəm" kitabının nəşr hüquqları artıq İspaniya, Çin, Tayvan və Slovakiyaya satılmışdır. 2019-cu ilin əvvəlinə olan məlumata görə, "Mən belə görürəm" kitabının hüquqları 17 ölkəyə, "Uca, sakit, pıçıltı ilə" kitabının hüquqları isə 13 ölkəyə satılmışdır.

Mükafatları 2006-cı il — İvan Frankonun "Solmuş yarpaqlar" kitabının tərtibatına görə Lvovda keçirilən XIII Naşirlər Forumunun mükafatı təqdim edilmişdir.

2009-cu il — "Dirçəliş" Beynəlxalq Fondunun "Fondun dəstəyi ilə nəşr olunan dünya humanitar klassikası kitablarının yüksək peşəkar dizaynına görə" mükafatına layiq görülmüşdür.

2011-ci il — "Əlcək. Ukrayna xalq nağılı" kitabına görə "Levenya" uşaq kitab mükafatının Qran-pri mükafatı verilmişdir.

2011-ci il — "Əlcək. Ukrayna xalq nağılı" kitabının qrafik layihəsinə görə Lvovda keçirilən XVIII Naşirlər Forumunun "İlin kitabı" mükafatı qazanılmışdır.

2011-ci il — "Əlcək. Ukrayna xalq nağılı" kitabına görə Bratislavada keçirilən XXIII "BIB" Beynəlxalq İllüstrasiya Biennalesinin "Honorary Mention to the Publisher" fəxri adı verilmişdir.

2012-ci il — İvan Frankonun təqdimatında nəşr olunan "Turp" kitabı "Levenya" uşaq kitab mükafatının təşkilat komitəsinin "Ən yaxşı art-layihəyə görə" xüsusi mükafatı ilə təltif edilmişdir.

2012-ci il — "Əlcək. Ukrayna xalq nağılı" kitabı ən yaxşı uşaq nəşrlərinin illik "Ağ qarğalar – 2012" kataloquna daxil edilmişdir.

2013-cü il — "Turp" kitabı "Ağ qarğalar – 2013" kataloquna daxil edilmişdir.

2013-cü il — Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilən "Sharjah Children's Reading Festival" mükafatına layiq görülmüşdür.

2014-cü il — Bolonyada keçirilən Beynəlxalq Uşaq Kitab Yarmarkasında "Ulduzlar və lalə toxumları" kitabı "Opera Prima" kateqoriyasında mükafat qazanmışdır.

2015-ci il — Bolonyada keçirilən Beynəlxalq Uşaq Kitab Yarmarkasında "Rondonu dəyişən müharibə" kitabı "Yeni Üfüqlər" (New Horizons) kateqoriyasında münsiflər heyətinin xüsusi mükafatını almışdır.;

2015-ci il — Qalina Tereşşuk və Oksana Dumanskayanın müəllifi olduğu, "Aqrafka" emalatxanası tərəfindən tərtib edilən "Şeptitski A-dan Z-yə" əlifba-ensiklopediyası "Naşirlər Forumunun ən yaxşı kitabı – 2015" mükafatına layiq görülmüşdür.

2015-ci il — "Rondonu dəyişən müharibə" kitabı "Ağ qarğalar – 2015" kataloquna daxil edilmişdir.

2016-cı il — Lüsi Hokinq və Stiven Hokinqin "Corc və kainatın gizli açarı" kitabına çəkilən üz qabığı Frankfurt kitab yarmarkasında "The Global Illustration Award" mükafatının "Cover Illustration" nominasiyası üzrə qaliblərin geniş siyahısına daxil olmuşdur.