thumb|Aleksandr Benois-tərəfindən Aleksandr Puşkinin "Tunc atlı" əsərinə illüstrasiya,1904. Rusiyanın paytaxtı simvolistlər tərəfindən tez-tez depressiv və kabusvari bir şəhər kimi təsvir olunurdu.|294x294px Rus simvolizmi- XIX əsrin sonu və XX əsrin əvvəllərində üstünlük təşkil edən intellektual, ədəbi və bədii hərəkat idi. O,Qərbi Avropa simvolizmindən ayrı şəkildə yaranmış və yadlaşdırma (defamiliasiya) ilə Sofiya təliminin (Sofiologiya) mistisizmini vurğulamışdır.

Ədəbiyyat

Təsirlər Rus simvolist hərəkatı əsasən Fyodor Tyutçev,Vladimir Solovyov və Fyodor Dostoyevski kimi rus mütəfəkkirlərinin təsiri altında formalaşmışdır. Daha az dərəcədə isə Pol Verlen, Moris Meterlink və Stefan Malarme kimi Qərb yazıçılarının təsiri hiss olunmuşdur. Digər ikinci dərəcəli təsirlərə Oskar Vayld, Qabriele Dannunsio, Joris-Karl Huysmans, Rixard Vaqnerin operaları, Henrik İbsenin dramları, həmçinin Artur Şopenhauerin və Fridrix Nitsşenin fəlsəfəsi daxildir.

Simvolizmin yüksəlişi: köhnə nəsil 1890-cı illərin ortalarına qədər rus simvolizmi əsasən nəzəriyyələr toplusu idi və diqqətəlayiq nümayəndələri az idi. Yalnız Valeri Bryusov kimi yeni istedadların meydana çıxması ilə simvolist poeziya rus ədəbiyyatında mühüm bir hərəkat halına gəldi.

Erkən rus simvolizmi hərəkatına aşağıdakılar daxildir:

Aleksandr Dobrolyubov İvan Konevskoy Nikolay Minsky Viladimir Solovyov Dimitri Merejkovski Valeri Bryusov Konstantin Balmont Fyodor Sologub Aleksey Remizov

Gənc nəsil: İvanov, Blok, Beli thumb|244x244px|Vsevolod Meyerhold Aleksandr Blokun "Kukla tamaşası" əsərinin səhnələşdirilməsində. (1906) Rus simvolizmi XX əsrin ilk onilliyində çiçəklənmişdir. Bu dövrdə bir çox yeni istedadlar simvolist üslubda şeirlər dərc etməyə başladılar. Bu yazıçılar xüsusilə filosof Vladimir Solovyovun təsiri altında idilər. Şair və filoloq Vyaçeslav İvanov,əsasən klassik tədqiqatlarla maraqlanırdı və İtalyadan qayıdaraq Sankt-Peterburqda Dionis klubu yaratmışdı. Onun əsas prinsipi rus poeziyasına "arxaik Milton üslubunu" tətbiq etmək idi.

Maksimilian Voloşin, xüsusilə Rus inqilabı haqqında şeirləri ilə tanınırdı və Krımdakı villasında ədəbi salon açmışdı. Onun poeziyası mistik fəlsəfə və hipnotik səslərlə xarakterizə olunurdu və o, Litvada fəaliyyət göstərirdi.

Yeni nəsil arasında iki gənc şair-Aleksandr Blok və Andrey Beli bütün rus simvolizmi hərəkatının ən məşhurları oldular. Aleksandr Blok XX əsrin ən böyük rus şairlərindən biri hesab olunur. O, tez-tez Aleksandr Puşkin ilə müqayisə edilirdi və rus poeziyasının "Gümüş dövrü" bəzən "Blok dövrü" adlandırılırdı. Onun erkən şeirləri musiqililiyi və zəngin səslənməsi ilə seçilirdi. Daha sonralar isə o, poeziyasında cəsarətli ritmlər və qeyri-bərabər ölçülər tətbiq etməyə çalışdı.

Andrey Beli isə yaradıcılığında nəsr, poeziya və musiqi arasında birlik yaratmağa çalışırdı. Onun məşhurluğu əsasən simvolizmdən sonrakı dövr əsərlərinə, xüsusilə "Peterburq" (1911-1913) romanına əsaslanır. Bu əsər qeyri-adi üslubu, fəlsəfi və mənəvi məzmunu ilə seçilir. Belinin digər mühüm əsərlərinə simvolizmin məqsədlərini yenidən müəyyənləşdirən "Simvolizm" (1910) esselər toplusu və insan şüurunun ilkin formalaşmasını təsvir edən "Kotik Letaev" (1914-1916) romanı daxildir.

Sankt-Peterburq şəhəri də simvolistlərin ikinci nəsli üçün əsas simvollardan birinə çevrilmişdir. Blokun bu şəhər haqqında şeirləri "min illüziyalar şəhəri" obrazını yaradır və onu tacirlər və burjuaziya ilə dolu məhvə məhkum bir məkan kimi təsvir edir.

Hərəkatın tənəzzülü 1910-cu illərə doğru rus simvolizmi ədəbiyyatda əvvəlki təsir gücünü itirməyə başladı. Bir çox gənc şairlər simvolizmin həddindən artıq mürəkkəbliyindən uzaqlaşan akmeizm cərəyanına yönəldilər və ya sənəti tamamilə yenidən qurmağı hədəfləyən, bütün estetik qaydaları rədd edən futuristlərə qoşuldular.

Buna baxmayaraq, sovet hakimiyyətinin ciddi narazılığına rəğmən, simvolizm Boris Pasternak kimi dissident şairlərə təsir göstərməkdə davam edirdi. 9 sentyabr 1958-ci ildə "Literaturnaya qazeta"da tənqidçi Viktor Pertsov Pasternakın yaradıcılığını "1908-1910-cu illərin simvolist çamadanından çıxan köhnəlmiş dini poeziya" kimi tənqid etmişdi.

Daha müasir dövrdə isə Robert Bird bu məsələyə daha yumşaq yanaşaraq qeyd edirdi ki, rus simvolizmi adından fərqli olaraq fransız simvolizmindən çox az təsirlənmiş, əksinə alman romantizmi və XIX əsr rus ədəbiyyatından daha çox bəhrələnmişdir. Bu cərəyan təkcə ədəbi istiqamət deyil, həm də geniş dünyagörüşü idi. Simvolistlər estetikanı mənəvi əsaslarla birləşdirməyə çalışır, keçmiş sivilizasiyaların irsini qoruyub inkişaf etdirmək istəyirdilər. Onlara görə poeziya yalnız rəssamlıq və musiqi ilə deyil, həm də fəlsəfə, psixologiya, din və mifologiya ilə sıx bağlı idi.

Təsviri incəsənət thumb|Mixail Vrubelin "Oturan iblis" əsəri (1890) Ən mühüm rus simvolist rəssamı kimi adətən Mixail Vrubel göstərilir. O, "Oturan İblis" (1890) əsəri ilə məşhurlaşmış, daha sonra "Kədərli İblis" (1902) əsəri üzərində işləyərkən psixoloji sarsıntı keçirmişdir.

Digər simvolist rəssamlar arasında Viktor-Borisov Musatov və Kuzma Petrov-Vodkin (İncəsənət aləmi jurnalı ilə əlaqəli), Mikhail Nesterov (dini mövzular), Mstislav Dobujinski və Nikolay Rerix qeyd olunur. Sovet dövrünün sonlarında bu ənənə Konstantin Vasilyev tərəfindən davam etdirilmişdir.

Musiqi və teatr Simvolizmin ən məşhur bəstəkarı Aleksandr Skryabin idi. Onun əsərlərində sənət bir növ din kimi təqdim olunur. "İlahi poema" (1902-1904) insan ruhunun inkişafını ifadə etməyə çalışırdı. "Promotey" əsəri isə (1910) musiqi ilə yanaşı rəng effektləri ilə müşayiət olunmuşdur. thumb|Aleksandr Benois 1911-ci ildə İqor Stravinskinin "Petruşka" baleti üçün simvolist səhnə dəstlərini dizayn etmişdir. Andrey Beli və Vasili Kandinski bütün sənət növlərinin bir səhnədə birləşməsi ideyasını dəstəkləyirdilər. Teatr sahəsində isə Anton Çexovun bəzi əsərlərində simvolizmin təsiri hiss olunurdu. Onun "Albalı bağı" pyesi bu baxımdan xüsusilə qeyd edilir. Bu əsərlər Konstantin Stanislavski tərəfindən səhnələşdirilmişdir. O, həmçinin Eduard Qordon Kreyq ilə birlikdə "Hamlet" tamaşasında eksperimental yanaşma tətbiq etmişdir. Daha sonra Stanislavski Moris Meterlinkin "Mavi quş" əsərini səhnələşdirərək böyük uğur qazanmışdır.

Simvolist teatr nəzəriyyəsinin inkişafında Nikolay Evreniov mühüm rol oynamışdır. O ətrafımızdakı hər şeyi "teatr" kimi qiymətləndirir və təbiətin belə teatral elementlərlə dolu olduğunu iddia edirdi.

İstinadlar

Biblioqrafiya

Friedman Julia Beyond Symbolism and Surrealism: Alexei Remizov's Synthetic Art, Northwestern University Press, 2010. ISBN 0-8101-2617-6 Peterson, Ronald E. (1993). A History of Russian Symbolism. Amsterdam; Philadelphia, Pa: John Benjamins Pub. ISBN 90-272-1534-0