Endrü Fayer () — F. A. Brockhaus, 1796.</ref> amerikalı alim və molekulyar genetikdir. O, Kreyq Mello ilə birlikdə "Müəyyən genlərin fəaliyyətini susdurmaq effekti olan RNT müdaxiləsini kəşf etdiklərinə görə" 2006-cı ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülüb. O, ABŞ Milli Elmlər Akademiyasının üzvü (2004il),National Academy Announces New Members Архивная копия от 29 августа 2018 на Wayback Machine (англ.) fəlsəfə doktoru və Stenford Universitetinin professorudur.

Həyat yolu Endrü Fayer 27 aprel 1959-cu ildə Kaliforniyanın Palo Alto şəhərində anadan olub. Orta məktəbi Sanniveyldə bitirib.Virtual Jewish Library O, 1978-ci ildə Kaliforniya Universitetinin Berkli filialında riyaziyyat üzrə bakalavr pilləsini bitirib. 1983-cü ildə Massaçusets Texnologiya İnstitutunda biologiya üzrə doktorluq dərəcəsini almış və sonradan 1993-cü ildə Nobel mükafatı qazanan genetik Filip Şarpın rəhbərliyi altında təhsil alıb. 1986-cı ildən 2003-cü ilə qədər ABŞ-ın Karnegi İnstitutunun (Baltimor, Merilend) Embriologiya kafedrasında çalışıb. 1989-cu ildən Con Hopkins Universitetində professor vəzifəsində çalışıb. 2003-cü ildən Stenford Universiteti Tibb Məktəbində patologiya və genetika professoru vəzifəsində çalışıb. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür (2004il).

Mükafatları 1997-ci ildə — Merilend Fərqlənən Gənc Alim Mükafatı 2003-cü ildə — Uayli Mükafatı (Kreyq Mello, Devid Balcombe və Tomas Tuşl ilə paylaşdığı) 2004-cü ildə — Heyneken MükafatıANDREW Z. FIRE (1959), USA. Дата обращения: 5 марта 2017. Архивировано 11 сентября 2015 года. 2004-cü ildə — Varren Üçillik Mükafatı, Massaçusets Ümumi Xəstəxanası 2005-ci ildə — Gayrdner Beynəlxalq MükafatıAndrew Z. Fire — Gairdner Foundation. Дата обращения: 5 марта 2017. Архивировано 6 марта 2017 года. 2005-ci ildə Messriy Mükafatı (Kreyq Mello və Devid Balcombe ilə birgə) 2005-ci ildə Rozenstil Mükafatı (Kreyq Mello, Victor Ambrose və Heri Ravkan ilə birgə) 2006-cı ildə — Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı (Kreyq Mello ilə birlikdə)

İstinadlar

Kateqoriya:ABŞ genetikləri Kateqoriya:Biologiya üzrə fəlsəfə doktorları Kateqoriya:ABŞ tibbi tədqiqatçıları Kateqoriya:XX əsr bioloqları Kateqoriya:XX əsr həkimləri Kateqoriya:Kaliforniya şəxsləri Kateqoriya:ABŞ həkimləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Amerikalılar