"Akinak" — 2026-cı ildə istehsal olunmuş Azərbaycan filmi.

Məzmun Filmdə bir neçə yeniyətmə qəhrəman akinak qılıncını əldə etmək üçün təhlükəli və çətin səfərə çıxırlar. Onlar bu səfərdə müxtəlif sınaqla üzləşir, sədaqət, dostluq və cəsarətin əsl mənasını anlayırlar. Filmdə vətənpərvərlik və macəra motivləri vacib yer tutur.

İstehsalı Film "Narimanfilm" MMC tərəfindən çəkilmişdir, Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən maaliyyələşdirilmişdir, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də layihəyə dəstək vermişdir. Film macəra janrındadır. Akinak filmi qədim mifoloji və tarix elementlərindən istifadə edilərək ərsəyə gətirilmişdir.

Nümayişi 2026-cı ilin aprelin 15-də Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib.

Film 2026-cı ilin may ayından etibarən Azərbaycan kinoteatrlarında nümayiş ediləcək. Film ailəvi auditoriya üçün nəzərdə tutulmuşdur.

İstinadlar

Kateqoriya:2026-cı ilin Azərbaycan filmləri