Zahir Qaripoviç İsmagilov (; ) — Sovet başqırd bəstəkarı və pedaqoqu. 1982-ci ildə SSRİ xalq artisti adına layiq görülmüş, 1943-cü ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Rusiyanın Ufa şəhərindəki ali təhsil müəssisələrindən biri onun adını daşıyır. Ufa Dövlət İncəsənət İnstitutunun ilk rektoru (1968–1988) və qurucusudur. O, 1973-cü ildə dosent, 1977-ci ildə isə professor elmi adına layiq görülmüşdür.

Həyatı Bəstəkar 8 yanvar 1917-ci ildə Sermenevo kəndində odunçu ailəsində anadan olub. Zahirin üç qardaşı və bir bacısı var idi. Bacısı 1921-ci ildə tif xəstəliyindən vəfat etmişdi.

Zahir Nijne-Sermenevo kəndindəki başqırd yeddiillik məktəbində oxuyub. Gələcək bəstəkar təhsilinin ilk illərindən başqırd xalqının xalq musiqisi ilə maraqlanır və kuray çalmağı öyrənirdi. 1932-ci ildə İnzer meşə-kimya məktəbində təhsil almağa başladı. O, erkən məzun oldu və Beloretsk şəhərində meşə təsərrüfatı qiymətləndiricisində işləməyə başladı. 1935-ci ildə Arslan Mubaryakov onu Ufadakı Başqırd Akademik Dram Teatrında çıxış etməyə dəvət etdi. Zahir teatrda axşamlar quray ifaçısı kimi çıxış edirdi. Həmin illərdə Zahir 1936-cı ildə Ufada açılan musiqi studiyasında təhsil almışdı. 1937-ci ildə İsmagilov Moskva Dövlət Konservatoriyasının başqırd studiyasında oxumağa getdi.

İkinci Dünya müharibəsi zamanı o, Ufada işləmiş, ön cəbhənin qoşunları üçün verilən konsertlərdə iştirak etmiş və vətənpərvərlik mahnıları bəstələmişdir. Müharibədən sonra 1948-ci ildə studiyada təhsilini başa vurdu, sonra Moskva Dövlət Konservatoriyasının musiqi bəstəkarlığı fakültəsinə daxil oldu.

Fəaliyyəti İsmagilov 1958-ci ildə Başqırd Respublikası Bəstəkarlar İttifaqının sədri oldu. 1968-ci ildə isə Ufa Dövlət İncəsənət İnstitutunun təsisçisi və ilk rektoru oldu; İsmagilov 1988-ci ilə qədər bu vəzifəni icra etdi. O, uzun illər Başqırdıstan Ali Sovetinin deputatı olmuş və sonda onun sədri seçilmişdir.

Bəstəkarın əsərləri Rusiyada, keçmiş Sovet İttifaqı respublikalarında (indiki MDB) və beynəlxalq səviyyədə (Bolqarıstan, Çin, Rumıniya, Şimali Koreya, Yuqoslaviya və Efiopiya) ifa edilmişdir. Bundan əlavə, "Melodiya" səsyazma şirkəti tərəfindən qeydə alınmış həmin əsərlər Başqırdıstan radio və televiziyasının arxiv fondunda da mövcuddur.

Zahir İsmagilov SSRİ-də milli opera, kamera-vokal, xor və instrumental musiqinin inkişafına töhfə vermişdir. Onun əsərləri harmoniya, dostluq və sevgi içində işləmək kimi ideoloji mövzuları ifadə edir, eləcə də vətəndaşlıq, vətənpərvərlik, milli yaradıcılıq idealını əks etdirir. Bəstəkar klassik rus musiqi mədəniyyətinin ənənələrini, tarixini və musiqi-dramatik konsepsiyalarını inkişaf etdirmişdir. İsmagilovun yaradıcılığı milli tarixi mövzuya malik olmuş və başqırd irsindən güclü təsirlənmişdi. Onun "Salavat Yulayev" operası milli qəhrəmanın hekayəsindən,Bashkir State Opera and Ballet Theatre (2004). Салават Юлаев . Retrieved September 17, 2013 . "Ural səfirləri" epik operası başqırdların Rusiyaya birləşdirilməsindən, "Kahım turə" operası isə 1812-ci ildə başqırdları Napoleona qarşı aparan hərbi sərkərdənin hekayəsindən danışır. "Akmulla" operası XIX əsrin başqırd şairi və maarifçisinin həyatından bəhs edir. İsmayılovun digər məşhur əsərləri arasında "Şaura" və "Agideli dalğaları" kimi operalardan tutmuş "Kodasa" və "Almakay" kimi musiqili komediyalara qədər müxtəlif əsərlər vardır.

Zahir İsmagilov uzun sürən xəstəlikdən sonra 2003-cü ildə vəfat etdi.

İstinadlar

Kateqoriya:Başqırdıstan bəstəkarları Kateqoriya:Başqırdlar Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Rusiya kişi bəstəkarları Kateqoriya:Rusiya klassik musiqiçiləri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Ufa musiqiçiləri Kateqoriya:Operetta bəstəkarları Kateqoriya:Balet bəstəkarları Kateqoriya:Rusiya aktivistləri