Qoşa silahla qabağa () — Ceyson Ley Haudenin öz yazdığı ssenari əsasında ekranlaşdırdığı 2019-cu il tarixli ekşn-komediya filmi.
Filmin ilk nümayişi 2019-cu ildə Toronto Beynəlxalq Film Festivalında gerçəkləşir. "Saban Films" əsəri ABŞ-də fevralın 28-də, "Madman Entertainment" Yeni Zelandiyada martın 5-də, "Leonine Distribution" isə Almaniyada iyunun 25-də tamaşaçılara çatdırır. COVID-19 pandemiyası dünya üzrə kinoteatrları bağlamaq məcburiyyətinə saldığından film böyük ekranlarda göstərilməyə başlayandan cəmi üç həftə sonra onlayn platformalarda da izlənilə bilir.
Təsvir Kompüter proqramçısı Maylz Li Harris bir səhər oyananda görür ki, əlləri qanla islanmış silahlarla bərkidilib. Başqa çarəsi olmayan Maylz bu vəziyyətdən istifadə edərək keçmiş sevgilisini qaçıranların pəncəsindən xilas etməyə çalışır. Amma işin içindən Skizm adlı qəddar bir cinayət şəbəkəsi çıxanda hər şey daha da mürəkkəbləşir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Mütəşəkkil cinayətkarlıq haqqında filmlər Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:İngilis dilində döyüş komediya filmləri Kateqoriya:Böyük Britaniyanın döyüş filmləri Kateqoriya:Almaniyanın döyüş filmləri