thumb|Nasuhi bəy "Fənərbaxça"nın ilk çempionluğunu qazanan heyətdə yer almışdır. (Fotoda ən aşağıda oturanlar arasında sağdan ikincidir). Nasuhi Baydarnazikioğlu (Baydar) (; ) — türkiyəli siyasətçi və ədibi. O, 1924-1925-ci illərdə "Fənərbaxça" İdman Klubu İdarə Heyətinin 1-ci Baş katibi vəzifəsində çalışmışdır. Təhsili və idman karyerası Nasuhi Baydar "Müqəddəs Jozef" Kollecinin Ticarət və Bankçılıq şöbəsinin məzunudur. Hələ təhsil aldığı 1908-ci ildə "Fənərbaxça"nın ilk heyətində ehtiyat futbolçu kimi çıxış etməyə başlamışdır. 1917-ci ilə qədər klubun birinci və ikinci komandalarında sağ daxili hücumçu və sağ cinah yarımmüdafiəçisi mövqelərində forma geyinmişdir. O, 14 yaşında olarkən "Fənərbaxça"ya 19 nömrəli üzv kimi daxil olmuşdur. Futbolçu kimi 8 il ərzində 3 İstanbul Futbol Liqası və 2 xüsusi turnir çempionluğunu qazanmış, 23 yaşında aktiv futbol həyatını elə "Fənərbaxça"da başa vurmuşdur. Siyasi fəaliyyəti Türkiyə Futbol Federasiyasının sələfi olan TİCİ qurumunun qurucularından və müfəttişlərindən biri kimi, Cümhuriyyətin elanından sonra Türk futbolunun institusionallaşmasına böyük dəstək vermişdir. Karyerası ərzində bir çox mühüm: Poçt, Teleqraf və Telefon Nəzarəti katibliyi, "Düyun-u Umumiyə" İdarəsinin mühasibatlıq şöbəsi, Əmlak ve Eytam Bankının baş katibliyi, Hakimiyəti Milliyə qəzetinin yazı işləri müdirliyi, Ankara Bələdiyyəsi İqtisadi İşlər müdir müavinliyi, TBMM-nin VI və VII dövr Malatya millət vəkili və Rəyasət Heyətinin katibi vəzifələrində çalışmışdır. Ədəbi və jurnalistika fəaliyyəti Nasuhi bəy, tanınmış ədib və tərcüməçidir. Onun "Aşiqanə dostluq", "Kərpiç damlar" və "Kənd həkimi" kimi kitabları vardır. Həmçinin, Onore de Balzakın məşhur "Yevgeniya Grandet" romanını türk dilinə tərcümə etmişdir.Hürkan, 2000: 36 11 oktyabr 1910-cu ildə nəşr olunan, fransız və türk dillərində çıxan "Futbol" adlı ilk türk idman qəzetində xarici jurnallardan topladığı futbol qaydalarını türk dilinə çevirərək yayımlamışdır. 28 iyun 1913-cü ildə "İdman" jurnalında "Fənərbaxça"nın qurulması tarixini ətraflı şəkildə yazmış, klubun qurucularının bioqrafiyalarını şəxsən hazırlamışdır.Mehmet Nasuhi. (28 Haziran 1329/Rumi). Fenerbahçe Spor Kulübü Tarihçesi. İdman, 1(3): 46-47. O, 1924-1925-ci illərdə klubun prezidenti olmuşdur. "Ala" ləqəbli məşhur futbolçu Alaətdin Baydarın böyük qardaşıdır. Evli və 3 övlad atası olan Nasuhi bəy 6 aprel 1962-ci ildə vəfat etmişdir. İstinadlar

Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları