Livan Qüvvələri () — Livan vətəndaş müharibəsi dövründə Livandakı əsas xristian fraksiyası. Müxtəlif partiyalar üçün çətir təşkilatı olan Livan Cəbhəsinə bənzəyən Livan Qüvvələri ən böyüyü Kataib Tənzimləyici Qüvvələri olan müxtəlif xristian sağçı paramilitar qruplarından olan döyüşçüləri birləşdirən bir milis qüvvəsi idi. Əsasən Bəşir Cəmayəl tərəfdarı olan marunilər və digər məzhəblərdən olan xristianlar tərəfindən idarə olunurdu və Livan Milli Hərəkatı, Fələstin Azadlıq Təşkilatı və Suriya Silahlı Qüvvələrinə qarşı vuruşurdular. Bu silahlı qrup 1982-ci ildə Bəşir Cəmayelin sui-qəsdindən sonra əsasən fələstinli qaçqınları hədəf alan Sabra və Şatila qırğınını törətdiklərinə görə tanınır.

Yaradılması 30 avqust 1976-cı ildə Livan Cəbhəsinin üzvləri tərəfindən iclas təşkil olundu.Snider, The Lebanese Forces: their origins and role in Lebanon's politics (1984), p. 8. Təl əl-Zatar mühasirəsinin uğuru Kataib Tənzimləyici Qüvvələri, Pələnglər milisi, Livan Gənclər Hərəkatı (MXQ), Əl-Tanzim və Sidr Keşikçilərinin birləşmiş qüvvələrinin sayəsində əldə edildi. Bu, Livan Cəbhəsi liderlərinə, xüsusən də Etyen Saqr və Bəşir Cəmayelə düşmən ilə mübarizəni davamlı şəkildə aparmaq üçün vahid bir milisin yaradılmasının zəruriyətini xatırlatdı. Ən əsası, milis liderləri Suriyanın ölkədəki artan iştirakından ehtiyat edirdilər. Bu görüş zamanı Livan Qüvvələri yaradıldı və Bəşir Cəmayel onun lideri seçildi.Nisan, The Conscience of Lebanon: A Political Biography of Etienne Sakr (Abu-Arz) (2003), p. 65. Yeni Livan Qüvvələri milisinin yaradılma məqsədi sağçı xristian qüvvələrini mərkəzləşdirmək, təşkilatlanmanı təkmilləşdirmək və sonradan müxtəlif sağçı milislər arasında illərlə davam edən daxili mübarizəyə son qoymaq idi.

LQ komandirlərinin siyahısı

LQ ali komandirləri

Bəşir Cəmayel (1976-1982) Fadi Frem (1982-1984) Fuad Əbu Nader (1984–1985)Rabah, Conflict on Mount Lebanon: The Druze, the Maronites and Collective Memory (2020), p. 301. Eliye Hobeyka (1985-1986) Samir Caacaa (1986-1994)

LQ qərargah rəisləri

Jorj Freyha - Bəşir Cəmayelin Baş Qərargah rəisi. Fadi Frem (1980-1982) Fuad Əbu Nader (1982-1984) İlyas Zayek (1984-1985) Samir Caacaa (1985-1987) General Fuad Malek (1987–1994)Micheletti and Debay, Les Forces Libanaises, RAIDS Magazine (1989), p. 34 (box).

Qamma qrupunun rəhbərləri

Reymond Ərəb (1978–1981) Nəcib Fayad (1981–1984)

LQ ali komandanlarının məsləhətçiləri

Kərim Pakraduni (1983–1984) Nəcib Fayad (1984–1985)

İstinadlar

Kateqoriya:Livan vətəndaş müharibəsinin fraksiyaları Kateqoriya:Livan Cəbhəsi Kateqoriya:Falanjist partiyalar