III Alfonso d'Este (; ) — VII Modena və Reccio hersoqu.

1591-ci ildə Ferrarada doğuldu. Atası Modena, Reccio və Ferrara hersoqu I Alfonsonun nigahdan kənar nəvəsi Çezare d'Este, anası isə Böyük Toskana hersoqu I Kozimonun nigahdan kənar qızı Virciniya Mediçidir. Doğulduğu əsnada atasının ögey əmisi oğlu II Alfonso hələ taxtda idi. Hersoqun 1597-ci ildə ölümüylə, atası taxta çıxarıldı və beləcə, özü də taxt varisi oldu.

1613-cü ildə Lukkaya qarşı döyüşdü və 1617-ci ildə Ferrarada atasının keçmiş rəqibi qraf Erkole Pepolinin sui-qəsdində mühüm rol oynadı. 22 fevral 1608-ci ildə Savoyya hersoqu I Karl Emmanuilin qızı Sovayyalı İzabella ilə evləndi. Cütlüyün bu nigahdan 14 övladı doğuldu.

Çezare d'Este (1609-1613) I Françesko d'Este Obizzo d'Este (1611-1644), Modena yepiskopu Yekaterina d'Este (1613-1628), rahibə Çezare d'Este (1614-1677), heç vaxt evlənmədi. Alessandro d'Este (1615) Karlo Alessandro d'Este (1616-1679), heç vaxt evlənmədi. Rinaldo d'Este (1618-1672), kardinal Marqarita d'Este (1619-1692) Beatrisa d'Este (1620) Beatrisa d'Este (1622-1623) Filibert d'Este (1623-1645) Bonifazo d'Este (1624) Anna Beatrisa d'Este (1626-1690)

Xanımının 1626-cı ildə ölümünün ardından ağır stres yaşadı və rahib olmağı düşündü. Ancaq atasının 1628-ci ildə ölümü və özünün taxta çıxması bu planlarını təxirə saldı. Ancaq səltənəti çox çəkmədi. 1629-cu ilin iyulunda taxtdan öz istəyilə çəkildi və qalan ömrünü rahib olaraq yaşadı. 1644-cü ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Quazza, Romolo (1960). "ALFONSO III d'Este, duca di Modena". Dizionario Biografico degli Italiani (in Italian). Vol. 2. Treccani

İstinadlar

Kateqoriya:D'Este