Vladislav Vladimiroviç Kiriçenko () — Ukrayna ictimai xadimi, sahibkarı, mesenatı, "Naş Format" incəsənət agentliyinin təsisçisi.

2016-cı il Qış Gənclər Olimpiya Oyunlarında snoubort-kross üzrə bürünc medal qazanan ukraynalı idmançı Darina Kiriçenkonun atasıdır.

Həyatı thumb|right|Vladislav Kiriçenko "Naş Format" klubunda

Vladislav Kiriçenko ana tərəfdən beşinci nəsildə əsl donetskli olduğunu və nənə-babaları kimi ukrain dilində danışdığını qeyd etmişdir.

O, 1992-ci ildə Rusiyada M. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirmiş, 2005-ci ildə isə Moskvada Ali İqtisadiyyat Məktəbinin MBA dərəcəsinə yiyələnmişdir. Vladislav Kiriçenko 1992-ci ildə Rusiyada öz biznesinə başlamışdır. O, 1997-ci ildə molekulyar biologiya laboratoriyalarının kompleks təchizatı üzrə Rusiya bazarında lider olan "Helicon" biotexnoloji cəmiyyətini təsis etmişdir. 2003-cü ildən etibarən Ukraynada fəaliyyət göstərməyə başlayan Kiriçenko aqrofirmaya rəhbərlik etmiş və ictimai fəaliyyətlə məşğul olmuşdur. 2006-cı ildən "Naş Format" nəşriyyatının sahibidir. Vladislav Kiriçenko 20 yanvar 2026-cı il tarixində onkoloji xəstəlikdən vəfat etmişdir.Помер засновник "Нашого формату" Владислав Кириченко LB, 20.01.2026

İctimai fəaliyyəti Vladislav Kiriçenko Moskvada yerləşən Ukrayna bazar günü məktəbini, həmçinin "Unij — Ukrayna formatlı festival", "Şeşori", "Art-Pole", "Mazepa-Fest" festivallarını və Kiyevdə Ukrayna Üsyançı Ordusunun 65 illik yubileyi tədbirini maliyyələşdirmişdir. 2006-cı ildə o, "Kniqa vholos" audionəşriyyatını satın alaraq adını "Naş Format"a dəyişmiş və 200-ə yaxın ukraynadilli audiokitab nəşr etmişdir. Kiyev, Lvov və Kaluş şəhərlərində fəaliyyət göstərən eyniadlı mağazalarda Ukrayna kitabları, musiqiləri, filmləri, geyimləri və suvenirləri satılmışdır. "Naş Format", həmçinin Ukrayna kontenti üzrə ən böyük onlayn mağaza hesab olunur. 2007-ci ildə Kiriçenko dünya səviyyəli yerli alimləri birləşdirən Ukrayna Elm Klubunu təsis etmişdir. Həmin il o, "Xmeleva" humanitar-investisiya layihəsinin yaradılmasında iştirak etmişdir. Dnestr çayı sahilində yerləşən eyniadlı kənddə istirahət mərkəzi və dekorativ bitkilər tingliyi fəaliyyət göstərir. Burada Saşko Polojinski, Oleq Skripka, Roman Koval, Yuri Andruxoviç, Taras Jitinski, Oksana Zabujko, Foma, həmçinin "Karbido", "DaxaBraxa" və "PortMone" qruplarının musiqiçiləri qonaq olmuş və yaradıcılıqla məşğul olmuşdular.

2008-ci ildə İvano-Frankovsk vilayətinin Unij kəndində "Kuznya" mərkəzini təsis etmişdir. Burada könüllülük fəaliyyətləri, təlim düşərgələri və seminarlar keçirilir. Layihə çərçivəsində konfrans zalı, idman mərkəzi, kitabxana, musiqi studiyası və kampus inşası nəzərdə tutulmuşdur. Kiriçenko, həmçinin dünyagörüşünə dair ədəbiyyatın ukrain dilində nəşrini maliyyələşdirmişdir. Vladislav Kiriçenkonun qənaətinə görə, bəşəriyyət iki min il ərzində bir sıra sosial tələblər və ideallar formalaşdırmışdır. İnsan ağıllı, təcrübəli, sosial məsuliyyətli olmalı, vətənini sevməli və cəmiyyətin maraqlarını şəxsi mənafelərindən üstün tutmalıdır. O hesab etmişdir ki, bu dəyərlər Ukrayna üçün olduqca aktualdır və zərurət yarandıqda silah götürməyi, nümayişlərə və iməcliklərə qatılmağı tələb edir.

2024-cü ildə verdiyi müsahibəsində Rusiyada dostlarının qalıb-qalmaması ilə bağlı suala cavab verən Kiriçenko gizlədəcək bir şeyinin olmadığını bildirmişdir. O, ən yaxın dostu və biznes tərəfdaşının rus imperialisti olduğunu və onunla tamamilə zidd mövqelərdə dayandığını qeyd edərək hər iki tərəfin bir-birinin mövqeyini aydın şəkildə anladığını vurğulamışdır.

Təltifləri 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının fərqlənmə nişanı olan "Polad Xaç" fəxri döş nişanı ilə təltif edilmişdir.Наказ Головнокомандувача Збройних сил України від 2.11.2022 №1546

İstinadlar

Xarici keçidlər Сайт «Платформа» Український науковий клуб Надія Тисячна. Свій серед чужих і чужий серед своїх. Владислав Кириченко про життя у Москві, бізнес і меценацтво в українській культурі // День, № 234, 24.12.2009 Видавець Владислав Кириченко: Якщо людина виростає на Сході українською, то з неї можна робити цвяхи / Катерина Аврамчук, УП Війни програють в головах. Чому українська книга під загрозою // УП. Життя, 31.01.2020 "За три тижні ми завдали ворогові більше втрат, ніж вони нам за 8 років війни на Донбасі" - видавець Владислав Кириченко// Газета.ua , 23.03.2022 Як живуть книжкові магазини і видавництва у війну

Kateqoriya:Ukrayna aktivistləri Kateqoriya:Ukraynanın iş adamları