IV Françesko (; ) — XIV Modena və Reccio hersoqu, Avstriya-Este ailəsinin banisi.
1779-cu ildə Milanda dünyaya gəldi. Atası Müqəddəs Roma imperatoru I Fransiskin oğlu hersoq Ferdinand Karl, anası isə Modena və Reccio hersoqu III Erkole d'Estenin qızı Mariya Beatrisa d'Estedir.
Hələ 1 yaşında ikən babası III Erkole d'Este taxta çıxmışdı. Buna baxmayaraq oğul varisi yox idi. Bu səbəblə, atası hersoq Ferdinand Karl hersoqun yeganə kürəkəni kimi taxt-tacın varisi elan edilmişdi. Ancaq Napoleon müharibələri səbəbilə babası taxtdan əl çəkib Venesiyaya qaçdı və atası müharibələr əsnasında vəfat etmişdi. Bu səbəblə, babasının yeganə varisi kimi onun bütün taxt-tac irsini miras almışdı. Üstəlik, Avstriya-Este ailəsinin də banisi hesab edilir.
1812-ci ildə Sardiniya kraliçası olan bacısı Mariya Terezanın qızı Savoyyalı Mariya Beatrisa ilə evləndi. Cütlüyün 4 övladı doğuldu.
Mariya Tereza, Fransanın Legitimist kraliçası V Françesko Ferdinand Karl Viktor (1821-1849) Mariya Beatrisa, İspaniyanın Karlist kraliçası
1814-cü ildə Napoleon Bonapartın məğlubiyyətinin ardından Modena hersoqluğu bərpa edildi və IV Françesko taxta çıxarıldı. 1829-cu ildə anasının vəfatıyla Massa hersoqluğu irsi də ona miras qaldı. Ancaq bölgəni 1836-cı ildə tamamilə Modenaya ilhaq edərək taxt-tacları birləşdirdi. Sərt tiran kimi tanındı və səltənəti boyunca baş verən bütün demokratik hərəkətləri silah yoluyla yatırdı.
Mənbə
Ədəbiyyat
Romanello, Marina (1997). "FRANCESCO IV d'Austria-Este, duca di Modena e Reggio". Dizionario Biografico degli Italiani (in Italian). Vol. 49: Forino–Francesco da Serino. Rome: Istituto dell'Enciclopedia Italiana. ISBN 978-88-12-00032-6
İstinadlar
Kateqoriya:Roma-Katolik monarxları