Sülh körpüsü — Azərbaycan və Ermənistan dövlətlərinin dəstəyi ilə iki ölkənin qeyri-hökumət təşkilatları arasında keçirilən, iki ölkənin cəmiyyətlərini sülhə hazırlamaq və dialoq yaratmaq məqsədli təşəbbüs.

Tarixi 21–22 noyabr 2025-ci ildə Sülh körpüsünün Bakıda keçirilən iclasında vətəndaş cəmiyyətlərinin Azərbaycan-Ermənistan sülh prosesində rolu müzakirə edilmişdir. İştirakçılar Qız qalası qarşısında şəkil çəkdirmişdir.

13–14 fevral 2026-cı il İrəvan görüşündə iştirak edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov bəyan etmişdir ki, iki ölkə fəalları arasında cəmiyyətlə ünsiyyət və birgə fəaliyyət istiqamətində iş gedir.

11 aprel 2026-cı il görüşü Azərbaycanın Qəbələ şəhərində keçirilmişdir. Görüş iştirakçıları Hikmət Hacıyevlə görüşüb, regional təhlükəsizlik, sülh prosesinin siyasi səviyyədə gedişi və vətəndaş cəmiyyətinin normallaşma prosesinə töhfəsi məsələlərini müzakirə ediblər. Ermənistan tərəfindən, Ermənistan Şurasının prezidenti Areq Koçinyan bildirmişdir ki, gələcəkdə məqalələr, tədqiqatlar və əməkdaşlığımızın əlavə məhsullarına çevriləcək birgə tədbirlər planlaşdırılır. Areq Koçinyan həm də Cənubi Qafqaz respublikası liderlərinin məşvərət xarakterli yüksəksəviyyəli sammitini hazırlamağı təklif etmişdir. Fərhad Məmmədov Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki müharibənin Azərbaycan-Ermənistan sülh prosesinə təsir etmədiyini bildirmişdir.

İştirakçılar "Sülh körpüsü" təşəbbüsünün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan, Azərbaycandan olan nümayəndələri isə Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayevdir.

Xronologiya 2-ci görüş. 21–22 noyabr 2025 ( Bakı) 3-cü görüş. 13–14 fevral 2026 ( İrəvan) 4-cü görüş. 11 aprel 2026 ( Qəbələ)

Reaksiyalar İlham Əliyev 22 aprel 2026-cı ildə Latviya prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatlarla çıxış edərkən bildirmişdir ki, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər Azərbaycan və Ermənistan arasında normal mühitin yaradılmasına töhfə verir. 26 aprel 2026-cı ildə o, "Sülh və Barışıq üçün Gernika mükafatı"nı qəbul etməsi ilə bağlı nitqində bir daha bildirmişdir ki, vətəndaş cəmiyyətinin nümayəndələri sülh prosesinə töhfə verir.

İstinadlar

Kateqoriya:2020-ci illərdə Azərbaycan–Ermənistan sülh prosesi Kateqoriya:2026-cı ildə Azərbaycan Kateqoriya:2025-ci ildə Azərbaycan Kateqoriya:Azərbaycan–Ermənistan münasibətləri