Mustafa Çiftçi (1970, Çumra, Konya) — Türkiyə Respublikasının Daxili İşlər naziri.

İlk illəri və təhsili Mustafa Çiftçi 1970-ci ildə Konyanın Çumra vilayətində anadan olub. Orta təhsilini Konya İmam Hatip Liseyində alıb. 1995-ci ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirib. 2007-ci ildə Səlcuq Universiteti Sosial Elmlər İnstitutunda Dövlət İdarəçiliyi və Siyasi Elmlər üzrə magistr dərəcəsini qazanıb. 2011-ci ildə Ankara Universiteti İlahiyyat fakültəsindən məzun olub.Vali Mustafa ÇİFTÇİ 2018-ci ildə daxil olduğu Ankara Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirir."7 diplomalı vali, 8'inci mezuniyetine hazırlanıyor". 1999-cu ildə Milli Təhlükəsizlik Akademiyasından məzun olub.

Karyerası Mustafa Çiftçi Türkiyənin müxtəlif bölgələrininin qubernatoru olub. O, Daxili İşlər Nazirliyinin Kadrlar Baş İdarəsində şöbə müdiri, Türkiyə Böyük Millət Məclisində Aparat rəhbəri və Prezidentin baş müşaviri vəzifələrində çalışıb.

2018-ci ildən 2023-cü ilə qədər Çorum valisi vəzifəsini icra edib.

9 avqust 2023-cü il tarixində Ərzurum valisi təyin edilmişdir.

11 fevral 2026-cı il tarixli 33165 saylı Rəsmi Qəzetdə dərc olunan qərarla Mustafa Çiftçi Daxili İşlər naziri vəzifəsinə təyin edilib.^ "Atama Kararı"

Şəxsi həyatı Mustafa Çiftçi evlidir, 3 övladı var. İngilis və ərəb dillərini bilir. Bundan əlavə, Quranı əzbər bilən Çiftçi hafizdir.“Hafız vali” olarak bilinen Mustafa Çiftçi kimdir?

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ankara Universiteti Siyasi elmlər fakültəsinin məzunları Kateqoriya:Əlifba sırasına görə vəzifəli şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyənin dövlət xadimləri Kateqoriya:Türkiyənin daxili işlər nazirləri