Şarolta Şteynberqer (; ) — Macarıstanlı sosial aktivist, feminist və həkim ixtisası üzrə ali təhsil alan ilk macar qadınlardan biri. Həyatı Şarolta Şteynberqer 1875-ci ildə Avstriya-Macarıstanın Tisauylak qəsəbəsində (hazırda Ukraynanın Vilok qəsəbəsi) zəngin yəhudi ailəsində anadan olub. O, özəl məktəblərdə təhsil alıb, daha sonra isə Kolonşvar (hazırda Rumıniyanın Kluj-Napoka şəhəri) şəhərində təhsilini davam etdirib.
1895-ci ilin dekabrında yeni təyin olunmuş Təhsil və Din naziri Dyula Vlassiç (Gyula Wlassics) qadınlara, o cümlədən Şteynberqerə tibb sahəsində oxumaq üçün Budapeştdəki Eötvöş Lorand Universitetinə daxil olmağa icazə verən qanun qəbul etdi.Women can also study at Hungarian universities , Hirek.sk, 19 December 2011; retrieved 21 April 2017. 1900-cü ildə 'Bazar Xəbərləri' (Vasárnapi Ujság) qəzeti Şteynberqerin həkim ixtisasına yiyələndiyi barədə məlumat yaydı. O, Macarıstanda bu dərəcəni alan ilk qadın idi. Macar qrafinyası Vilma Huqonnay hələ 1879-cu ildə Sürixdə həkim ixtisası almışdı, lakin ona Macarıstanda həkim kimi fəaliyyət göstərməyə yalnız 1897-ci ildə icazə verildi.Jennifer S. Uglow & Maggy Hendry, The Northeastern Dictionary of Women's Biography, UPNE, 1999, pg. 268
Həkim ixtisasına yiyələndikdən sonra Şteynberqer ilk olaraq iki il xaricdə ginekologiya üzrə təhsil aldı. Macarıstana praktikaya qayıtdıqda Feminist Assosiasiyası qoşuldu. O, mühazirələr oxuyur və 1902-ci ildə 'Həkimlərin Tarixi' haqqında silsilə məqalələr yazırdı.
O, 1888-ci ildə Vilyam Tauffer tərəfindən təsis edilmiş Tauffer klinikasında çalışıb. 1913-cü ildə qanunvericilik dəyişdirildi və artıq qadın həkimlərin kişi həkimlərlə birgə çalışmaq məcburiyyəti aradan qaldırıldı. 1928-ci ildə o, Milli Sosial Sığorta İnstitutunun direktoru oldu.
İkinci Dünya müharibəsi Nasistlər Avstriyanı ilhaq etdikdən sonra, 1938-ci ildə Şteynberqerin Macarıstanı tərk etmək imkanı yarana bilərdi. Onun ABŞ-a mühacirət məsələsi tanınmış sufrajist (seçki hüququ müdafiəçisi) Kerri Çapman Kett tərəfindən dəstəklənirdi. Dünya Sülh Mükafatı laureatı Rozika Şvimmer, Kettə müraciət edərək Yevgeniya Miskoltsi Meller və Saroltanın ABŞ-a mühacirətinə kömək edəcək dəstək məktubunu imzalamasını istədi. Kett məktubu imzalamaqdan imtina etdi. O, artıq yaşlı olduğunu və bu məktubun (üzərinə götürəcəyi öhdəliyin) ölümündən sonra da qalacağını əsas gətirdi.
Şteynberqer 1944-cü ilə qədər Milli Sosial Sığorta İnstitutunun direktoru vəzifəsində çalışdı, lakin həmin il yəhudilərin işləməsini qadağan edən qanunlar onun öz peşəsini davam etdirməsinə mane oldu.Steinberger Sarolta (1875-1966) is a doctor, a feminist , Mamika, 30 May 2015, Nokert.hu, Retrieved 21 April 2017
Şteynberqer təqaüdə çıxdı və 1965-ci ildə Budapeşt yaxınlığındakı Pesthideqküt qəsəbəsində vəfat etdi.
İstinadlar
Kateqoriya:Avstriya-Macarıstan şəxsləri