alt=|thumb|274x274px|Qazaxıstanın müstəqilliyinə həsr olunmuş abidənin fraqmenti (16–19 dekabr, 1986) Jeltoqsan (qaz. Jeltoqsan köterilisi-"Dekabr üsyanı") — 1986-cı ilin dekabr ayında Alma-Ata şəhərində, o dövrdəki Qazaxıstan SSR ərazisində baş vermiş etiraz aksiyaları. Bu etirazlar Mixail Qorbaçov tərəfindən Qazaxıstan Kommunist partiyasının birinci katibi Dinməhəmməd Kunayevin vəzifəsindən azad edilməsi və onun yerinə rus əsilli Gennadi Kolbinin təyin olunmasına qarşı başlamışdır.

Hadisələr 1986-cı il dekabrın 16-dan 19-dək davam etmişdir. Etirazlar 17 dekabr səhəri tələbələrin nümayişi ilə başlamış, minlərlə iştirakçı Brejnev meydanı (indiki Respublika meydanı) istiqamətində yürüş edərək Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına doğru hərəkət etmişdir. Bunun nəticəsində şəhərə daxili qoşunlar və xüsusi təyinatlı OMON qüvvələri yeridilmiş, şəhər daxilində zorakılıqlar baş vermişdir. Növbəti günlərdə etirazlar Çimkənd, Taldıkorqan və Karaqanda şəhərlərində yayılmışdır. Bu hadisə mərkəzi və Şərqi Avropa avtoritar kommunist idarəçiliyinin tədricən zəifləməsinin başlanğıcı hesab olunur və bu proses sonradan 1989-cu ildə daha geniş şəkildə özünü göstərmişdir.

Etirazlar 17 dekabr səhərinin erkən saatlarında başlayan dinc tələbə etirazlarının əsas səbəbi 16 dekabrda Qazaxıstan Kommunist Partiyasının uzun müddət birinci katibi olmuş Dinməhəmməd Kunayevin (1964–1986) vəzifədən azad edilməsi və onun yerinə Gennadi Kolbinin (1986–1989) təyin olunması idi. Kolbin Qazaxıstanda əvvəllər yaşamamış və işləməmişdi, buna görə də yerli əhali arasında populyar deyildi. thumb|Etirazların başladığı, əvvəllər Brejnev meydanı kimi tanınan Respublika meydanı Mixail Qorbaçovun xatirələrinə görə, Sovet İttifaqı Kommunist Partiyasının XXVII qurultayından sonra o, Kunaev ilə görüşərək onun istefasını müzakirə etmişdir. Kunayev təqaüdə çıxmaq istədiyini bildirmiş və yerinə Qazaxıstan Kommunist Partiyası ilə əlaqəsi olmayan bir şəxsin təyin olunmasını təklif etmişdi ki, bu da partiya daxilində Nursultan Nazarbayevin yüksəlişinin qarşısını almağa yönəlmişdi. Lakin Kunayev öz kitabında yazır ki, Qorbaçov onun yerinə kimin təyin olunacağını söyləməmiş, yalnız "yaxşı bir yoldaş göndəriləcək" demişdir.Nursultan Nazarbayev öz xatirələrində qeyd edir ki, Kolbinin kabinetindən çıxaraq meydana getdiyi an onun həyatının dönüş nöqtəsi olmuşdur. Meydanda vəziyyət gərginləşmiş, tərəflərdən heç biri dialoqa hazır olmamışdır. Bir tərəf etirazçıları ittiham edir, digər tərəf isə daş və buz parçalarından istifadə edirdi. Etirazçılar ilkin olaraq güc tətbiq etsələr də, polis və xüsusi qüvvələrin təxribatları onların daha aqressiv hərəkətlərə keçməsinə səbəb olmuşdur. 17 dekabr axşamına doğru vəziyyət daha da kəskinləşmişdir. Mərkəzi Komitə binalarından birinin pəncərəsindən siqnal raketi atılması nəticəsində yanğın baş vermiş və bu, hakimiyyətə etirazları sərt şəkildə yatırmaq üçün əsas vermişdir. Nazarbayev iddia edir ki, bu təxribatlar təhlükəsizlik orqanları tərəfindən təşkil olunmuş və etirazçıları zorakılığa təhrik etmək üçün onlara vasitələr verilmişdir. Etirazlar 17 dekabr 1986-cı il səhərində 200–300 tələbənin Brejnev meydanında yerləşən Mərkəzi Komitə binası qarşısına toplaşması ilə başlamışdır. Onlar Sovet İttifaqı Kommunist Partiyasının Kolbini yerli qazax mənşəli rəhbər əvəzinə təyin etməsinə etiraz edirdilər. Daha sonra universitet və institut tələbələrinin qoşulması ilə etirazçıların sayı 1000–5000 nəfərə qədər artmışdır. Zavodlarda, məktəblərdə və digər müəssisələrdə bu hadisələri pisləmək məqsədilə yığıncaqlar keçirilmişdir. Şahidlərin sözlərinə görə, iğtişaş iştirakçılarına araq, narkotik vasitələr və vərəqlər paylanmışdı ki, bu da hadisələrin spontan olmadığını göstərirdi. Onlar bu iğtişaşların millətçilik və ya müstəqillik ideyaları ilə bağlı olması fikri ilə razılaşmır, bunun Mixail Qorbaçov tərəfindən yerli olmayan bir şəxsin rəhbər vəzifəyə təyin edilməsinə qarşı etiraz olduğunu bildirirdilər.

Buna cavab olaraq Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsi Daxili İşlər Nazirliyinin qoşunlarını, könüllülərdən ibarət dəstələri, kursantları, polis qüvvələrini və KQB əməkdaşlarını meydana cəlb edərəkərazini mühazirəyə almağı və iştirakçıları videoya çəkməyi tapşırmışdır. Saat 17:00 radələrində qoşunlara etirazçıları dağıtmaq əmri verilmiş və vəziyyət daha da gərginləşmişdir. Təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar gecə boyunca həm meydanda, həm də Almatı şəhərinin müxtəlif hissələrində davam etmişdir. İkinci gün etirazlar kütləvi iğtişaşlara çevrilmiş, küçələrdə, universitetlərdə və yataqxanalarda qoşunlar, könüllülər və milis qüvvələri ilə qazax tələbələri arasında baş verən toqquşmalar genişmiqyaslı qarşıdurmaya səbəb olmuşdur. Toqquşmalar yalnız üçüncü gün nəzarət altına alınmışdır. Almatıda baş verən hadisələrdən sonra Çimkənd, Karaqanda və Taldıkorqan şəhərlərində də daha kiçik etiraz aksiyaları və nümayişlər keçirilmişdir.

Etirazçıların təxmini sayı Etirazçıların sayı ilə bağlı qiymətləndirmələr müxtəlifdir. Moskvadan verilən ilkin məlumatlara görə, iğtişaşlarda təxminən 200 nəfər iştirak etmişdir. Daha sonrakı məlumatlarda isə Qazaxıstan SSR hakimiyyət orqanları etirazçıların sayının təxminən 3000 nəfər olduğunu bildirmişdir. Digər mənbələrdə isə etirazçıların sayının ən azı 30000–40000 nəfər olduğu, 5000 nəfərin saxlanılaraq həbs edildiyi və xəsarət alanların sayının dəqiq məlum olmadığı qeyd olunur. Jeltoqsan hadisəsinin təşkilatçıları isə ölkə üzrə etirazlarda 60000-dən çox qazaxın iştirak etdiyini bildirirlər.

Həlak olanların sayı Qazaxıstan SSR hökumətinin məlumatına görə, iğtişaşlar zamanı iki nəfər həlak olmuşdur; bunlardan biri könüllü polis əməkdaşı, digəri isə tələbə idi. Hər ikisinin baş nahiyəsinə dəyən zərbələr nəticəsində öldüyü bildirilir. Təxminən 100 nəfər saxlanılmış, bir neçə nəfər isə əmək düşərgələrində cəza çəkməyə məcbur edilmişdir.

ABŞ Konqres Kitabxanasına istinad edən mənbələrə görə isə ən azı 200 nəfər həlak olmuş və ya hadisələrdən qısa müddət sonra məhkəməsiz edam edilmişdir. Bəzi məlumatlarda itkilərin sayının 1000 nəfərdən çox olduğu da qeyd olunur. Yazıçı Muxtar Şaxanov iddia etmişdir ki, KQB əməkdaşlarından biri 168 etirazçının öldürüldüyünü təsdiqləmişdir. Jeltoqsan hadisələri müstəqil Qazaxıstanda inkişaf edən "Azat" və "Alaş" siyasi partiyalarının və Jeltoqsan hərəkatının əsas platformalarının əsasını təşkil edirdi. Qazax tələbələri Qayrat Rıskulbekov və Ləzzat Asanova hadisələrin qurbanları arasında olmuşdur.

SSRİ-dən ayrılma Nursultan Nazarbayev öz xatirələrində dekabr hadisələri ilə bağlı bir sıra fikirlərini bölüşmüşdür:Zaman göstərdi ki, dekabr hadisələri düşünülməmiş millətçilik təzahürü deyildi. Bu cür ittihamlar artıq əsassızdır. O dövrdə dünya liderləri bu hadisələri eyni şəkildə qiymətləndirirdilər. Onlardan biri olan Eduard Şevardnadze yazırdı: "Yenidənqurma dövründə, 1986-cı ildə Qazaxıstan partiya rəhbərliyində edilən dəyişikliklər kütləvi tələbə etirazlarına səbəb oldu. Bu nümayişlər polis və hərbi qüvvələr tərəfindən dağıdıldı və qan tökülməsi ilə nəticələndi. Lakin Siyasi Büro, adəti üzrə, sadəcə belə nəticəyə gəldi ki, təhrikçilər millətçi və ekstremist hesab edilməlidir." Əslində isə tələbə etirazı milli şüurun yenidən oyanmasının spontan ifadəsi idi. Buna görə də "gizli millətçi təşkilat" və ya konkret təşkilatçıların axtarışı nəticəsiz qalmışdır. Qaranlıq otaqda olmayan qara pişiyi axtarmaq kimi bu cəhdlər də mənasız idi. Hadisələrdən əvvəl bəzi rəhbərlərin tətbiq etməyə başladığı, tələbələrin etnik tərkibini müəyyənləşdirən "kvota" siyasəti də gənclərin milli hisslərinə də ciddi təsir göstərmişdir. Qeyd olunu ki, bu siyasət respublikada yüksəkvəzifəli ideoloqlar tərəfindən dəstəklənirdi. thumb|Jeltoqsan hadisələrinə həsr olunmuş abidə 1991-ci ilin martında keçirilmiş referendumda Qazaxıstan əhalisi SSRİ-nin yenilınmiş ittifaq müqaviləsi əsasında islah edilməsinə böyük əksəriyyətlə səs vermişdir. Səsvermədə əhalinin 89,2%-i iştirak etmiş, onların 94,1%-i bu islahatları dəstəkləmişdir.

18 sentyabr 2006-cı ildə Almatı şəhərində Jeltoqsan hadisələrinin 20 illiyinə həsr olunmuş "Azadlığın şəfəqi" abidəsinin açılışı keçirilmişdir. Abidə üç hissədən ibarətdir: keçmişlə gələcək arasındakı qarşıdrumanı və qırılmanı simvolizə edən iki sütun, milli şüurun partlayışını və ideoloji qəliblərin dağılmasını əks etdirən kompozisiya, həmçinin dövlətin azadlıq və müstəqilliyinin qələbəsini ifadə edən elementlər. XXI əsrdə Jeltoqsan hadisələri Qazaxıstanın müstəqillik uğrunda mübarizənin simvolu kimi qəbul olunur. Bu etirazların nəticəsində Qazaxıstana zorla rəhbər təyin olunan Kolbin 1989-cu ildə vəzifədən uzaqlaşaraq yerini Nursultan Nazarbayevə verməli oldu. Nazarbayev də öz növbəsində prosesləri düzgün idarə edərək 1991-ci il dekabrın 16-da ölkənin azadlığının rəsmiləşdirilməsinə nail oldu. 16 dekabr 1986-cı ildə başlayan etirazlardan düz beş il sonra eyni gündə Qazaxıstan Respublikası öz azadlığına qovuşdu.

Həmçinin bax Sovet İttifaqının dağılması Barrikadalar zamanı Yanvar hadisələri (Litva) Düşənbə hadisələri Qara yanvar Qanlı bazar günü Qazaxıstan etirazları 2022

İstinadlar

Kateqoriya:1986-cı ildə SSRİ Kateqoriya:1986-cı ildəki münaqişələr Kateqoriya:Qazaxıstanda etiraz aksiyaları Kateqoriya:SSRİ-də kütləvi iğtişaşlar Kateqoriya:SSRİ-də qətliamlar