Antropocoğrafiya, İnsan coğrafiyası, Sosial-iqtisadi coğrafiya və ya Bəşəri coğrafiya — coğrafi mühitin insan həyatına təsirini və insanın məkanda etdiyi dəyişiklikləri öyrənən coğrafiya elminin bir sahəsi. Antropocoğrafiya yer üzündə insanın dəyişdirdiyi və hazırda dəyişdirməkdə olduğu mənzərəni analiz edir. Antropocoğrafiya fərdlə maraqlanmır; burada "insan" dedikdə, insan cəmiyyəti nəzərdə tutulur. İnsan və insan fəaliyyətlərinin mövzuları tədqiq edilir.
Antropocoğrafiya insanı, onun xüsusiyyətlərini və fəaliyyətlərini ətraf mühitlə əlaqəli şəkildə, həyata keçirdiyi məkanla əlaqədar olan təşkilatlanmaları öyrənir.
Bu elm sahəsi sadəcə sosial sahəni deyil, həm iqtisadi coğrafiyanı əhatə edir. Çünki iqtisadi fəaliyyətlər də nəticə etibarilə insan fəaliyyətidir. Buna görə də həm də "Sosial-iqtisadi coğrafiya" kimi adlandırılır.
Antropocoğrafiyanın tədqiqat sahələri
thumb|Əhali coğrafiyası əhalini öyrənir.
Əhali coğrafiyası: Təbii mühitlə əhali arasındakı əlaqəni tədqiq edir. Qitə, ölkə, region və rayon miqyasında əhalinin paylanmasını, həmçinin bu paylanmaya təsir edən təbii və sosial-iqtisadi amilləri tədqiq edir.
thumb|Qara dəniz regionunda yerləşən bir kənd məskəni.
Məskunlaşma coğrafiyası: Məskunlaşma coğrafiyası məskənlərin yaranmasını, inkişafını, mənşəyini, keçirdiyi dəyişiklikləri, funksiyalarını və paylanmasını öyrənir. Bu sahə yaşayış məskənləri və vahidlərinin təbii və sosial-iqtisadi mühitlə əlaqəsini tədqiq edir. Tibbi coğrafiya: Tibbi coğrafiya məkana əsaslanan bütün sağlamlıq problemlərini cəmiyyət, yer və zaman baxımından öyrənir, səbəblərini tədqiq edir və xəstəliklərin qarşısının alınması üçün həll yolları təklif edir. Tarixi coğrafiya: Müasir coğrafiya prinsipləri və metodlarından istifadə edərək müəyyən bir ərazini keçmiş zaman kəsiyində tədqiq edən coğrafiya sahəsidir. Siyasi coğrafiya: Siyasi coğrafiya siyasi hakimiyyət və təşkilatlar tərəfindən qəbul edilən qərarlara coğrafi amillərin təsirini, siyasi qərarların icrasının coğrafi mühitə təsirini və bunun nəticəsində yaranan coğrafi hadisələri öyrənən elm sahəsidir.
İqtisadi coğrafiyanın tədqiqat sahələri
thumb|Erdemir Demir Çelik A.Ş. mühüm bir sənaye müəssisəsidir.
Sənaye coğrafiyası: Sənayenin inkişafı, növləri, məkanda paylanması və cəmiyyətlər üzərindəki dəyişdirici təsirini öyrənir. Kənd təsərrüfatı coğrafiyası: Əkinçilik, heyvandarlıq, meşə təsərrüfatı və balıqçılıq kimi istehsal fəaliyyətlərini və onların məkanda paylanmasını tədqiq edir. Turizm coğrafiyası: Turizmin məkanda yayılması, məkana təsirləri, turizm zonalarının müəyyənləşdirilməsi və təsnif edilməsi, habelə ərazinin turizm potensialının müəyyən edilməsi ilə məşğul olan elm sahəsidir. Nəqliyyat coğrafiyası: Nəqliyyatın inkişafı, növləri, ona təsir edən təbii və sosial-iqtisadi amilləri, həmçinin nəqliyyatın məkan və insan fəaliyyətinə təsirlərini öyrənir. Ticarət coğrafiyası: Kənd təsərrüfatı, sənaye və xidmət sahələrində istehsal olunan məhsulların mübadiləsindən yaranan ticarəti tədqiq edir. Ticarətin ölkə daxilində və dünyada paylanması, cəmiyyətlərə və məkana təsiri tədqiqat mövzusudur. Dağ-mədən sənayesi: İqtisadi dəyəri olan faydalı qazıntıların paylanması, emalı və ticarəti ilə məşğul olur. Enerji resursları: Enerji mənbələrinin paylanmasını, ehtimal olunan miqdarını, enerji problemlərini və ətraf mühitlə bağlı məsələləri tədqiq edir.
thumb|Azərbaycanın və Türkiyənin mühüm kənd təsərrüfatı məhsulu: Fındıq
İstinadlar
Biblioqrafiya
Xarici keçidlər
Worldmapper – Mapping project using social data sets
Kateqoriya:Ətraf-mühit haqqında sosial elmlər Kateqoriya:Antropocoğrafiya Kateqoriya:Antropologiya Kateqoriya:Coğrafiyanın bölmələri