Qazaxıstan banklarının siyahısı — Qazaxıstanda fəaliyyət göstərən bankların siyahısı.

Qazaxıstanın bank sistemi iki səviyyəlidir. Qazaxıstan Milli Bankı dövlətin mərkəzi bankıdır və sistemin birinci səviyyəsini təmsil edir. Digər bütün banklar ikinci səviyyəli banklar hesab olunur.

Birinci səviyyəli bank Qazaxıstan Milli Bankı Qazaxıstanın mərkəzi bankıdır və ölkənin bank sisteminin yuxarı (birinci) səviyyəsini təmsil edir. Milli Bank öz səlahiyyətləri daxilində mərkəzi banklar, digər ölkələrin bankları, beynəlxalq banklar və digər maliyyə-kredit təşkilatları ilə münasibətlərdə Qazaxıstan Respublikasının maraqlarını təmsil edir.

İkinci səviyyəli banklar Qazaxıstan Milli Bankı istisna olmaqla, ölkədə fəaliyyət göstərən bütün banklar bank sisteminin ikinci səviyyəsini təmsil edir və ikinci səviyyəli banklar hesab olunur.

İkinci səviyyəli bankların fəaliyyətinin hüquqi əsasını 31 avqust 1995-ci il tarixli 2443 nömrəli "Qazaxıstan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Qanun təşkil edir. Bu qanuna əsasən, Qazaxıstanda ikinci səviyyəli bank, mülkiyyət formasından asılı olmayaraq, əsas məqsədi mənfəət əldə etmək olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. İkinci səviyyəli bankların həm Qazaxıstan ərazisində, həm də ölkə hüdudlarından kənarda öz törəmə banklarını, filiallarını və nümayəndəliklərini açmaq hüququ vardır."On Banks and Banking in the Republic of Kazakhstan" Law of 31 August 1995

13 aprel 2022-ci il tarixinə ölkədə 22 bank fəaliyyət göstərmişdir (onlardan 10-u xarici kapitallı banklardır ki, onların da payı cəmi 17,1% təşkil edir). + 1 yanvar 2024-cü il tarixinə olan məlumatlar № Bankın adı Nəzarət edən tərəf (Səhmdar) Bankın aktivləri, 1 yanvar 2024 (milyard tenge) 1 Qazaxıstan Xalq Bankı (Halyk Bank) Holding Group ALMEX JSC 14943 2 Kaspi Bank Kaspi Group JSC 6689 3 Bank CenterCredit Bakhytbek Rymbekovich Baiseitov 5261 4 Otbasy Bank National Managing Holding "Baiterek" JSC 3996 5 ForteBank Bulat Utemuratov 3444 6 Jusan Bank First Heartland Securities JSC 2869 7 Eurasian Bank Eurasian Financial Company JSC 2759 8 Freedom Bank Kazakhstan Freedom Finance JSC 2211 9 Bereke Bank National Managing Holding "Baiterek" JSC 2076 10 Bank RBK "KCC Financ" MMC 2044 11 Citibank Kazakhstan Citibank, N. A. 1087 12 Altyn Bank China CITIC Bank Corporation 889 13 Home Credit Bank Kazakhstan Home Credit and Finance Bank LLC 803 14 Shinhan Bank Kazakhstan Shinhan Bank 475 15 Nurbank JP Finance Group LLP 466 16 Bank of China in Kazakhstan Bank of China Limited 417 17 Industrial & Commercial Bank of China Almaty Industrial and Commercial Bank of China 349 18 KZI Bank Ziraat Bank 233 19 VTB Bank Kazakhstan PJSC VTB Bank 226 20 Al Hilal İslam Bankı Al Hilal Bank PJSC 178 21 Zaman-Bank Tasbulat Abqujinov 25

Qazaxıstan İnkişaf Bankı Qazaxıstan İnkişaf Bankı ASC Qazaxıstan Respublikasında milli inkişaf institutu kimi fəaliyyət göstərir. Şirkətin xidmətlərinə investisiya layihələrinin maliyyələşdirilməsi, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, banklararası kreditləşmə, müştərilərə əməliyyat xidmətlərinin göstərilməsi və lizinq maliyyələşdirilməsi daxildir.

Bank həmçinin "Mezzanine" maliyyələşdirilməsi, sindikatlaşdırılmış kreditlər, aralıq maliyyələşdirmə, lizinq əməliyyatları və layihə maliyyələşdirilməsi kimi müxtəlif maliyyə xidmətləri təklif edir. Bundan əlavə, cari fəaliyyətin kreditləşdirilməsi, zəmanətlərin verilməsi, habelə səhm və kapitalda iştirak xidmətlərini həyata keçirir.

Həmçinin bax Qazaxıstan iqtisadiyyatı Qazaxıstan tengəsi

İstinadlar

Kateqoriya:Qazaxıstan bankları Kateqoriya:Ölkələrinə görə bankların siyahısı