Hande Kadər (; ) — Türkiyəli siyasi cəhətdən fəal türk transgender qadını. Kadər 2015-ci ildə İstanbulda keçirilən Gey Qürur yürüşünün qarşısını alan polis qüvvələrinə qarşı müqavimətin ön sıralarında şəkli çəkildikdən sonra milyonlarla türk LGBT icmasının fiquru kimi tanınıb.

Həyatı Hande Kadər nifrət cinayəti nəticəsində həyatını itirən transseksual qadın və LGBT hüquqları müdafiəçisidir. O, 2015-ci ilin iyun ayında polis tərəfindən maneə törədilən İstanbul Qürur Yürüşündə (Pride) polisə qarşı müqavimət göstərərkən çəkilən fotoları ilə mətbuatda yer alıb və Türkiyədə LGBT icması üçün simvola çevrilib. Dolanışığını seks işçiliyi ilə təmin edən Kadər, sonuncu dəfə 2016-cı ilin avqust ayının ilk həftəsində Harbiyedə bir müştərinin avtomobilinə minərkən görülüb. Yaxınlarının polisə müraciətindən sonra aparılan axtarışlar nəticəsində, 8 avqust 2016-cı ildə Zekeriyaköy yaxınlığında tapılan yandırılmış cəsədin Hande Kadərə aid olduğu müəyyən edildi.

Hande Kadərin ölümündən sonra transfobik nifrət cinayətlərinə qarşı bir çox kampaniya başladıldı. "Hande Kader üçün Ədalət, Hamı üçün Ədalət" yürüşünə çox sayda insan qatıldı. "Hürriyet" qəzetinin köşə yazarı Ayşə Arman bu aksiyanın və Kadərin öldürülməsinin mətbuatda kifayət qədər işıqlandırılmaması mövzusuna toxunaraq, Özgecan Aslan cinayəti ilə bağlı aksiyalarla müqayisədə Hande Kadərin transseksual kimliyinə görə marağın az olduğunu qeyd etdi.

Həm transfobik nifrət cinayətlərinə diqqət çəkmək, həm də siyasi məsulları canini tapmaq üçün vəzifəyə çağırmaq məqsədilə LGBTİ təşkilatları və Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkillərinin dəvəti ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) mətbuat konfransı keçirildi. Burada transseksual fərdlərə qarşı edilən hücumların və transfobik cinayətlərin siyasi xarakter daşıdığına diqqət çəkildi.

Hande Kadər təqaüdü 2017-ci ilin avqust ayında, Kadərin qətlə yetirilməsinin birinci ildönümündə, Boğaziçi Universiteti LGBTİ+ Araşdırmaları Klubu universitetdə təhsil alan LGBTİ+ tələbələrə "Hande Kader Təqaüdü" adı altında maddi yardım göstərəcəklərini elan edərək ianə çağırışı etdi. Lakin təqaüd üçün ianə toplanmasının qarşısı universitet rektorluğu tərəfindən alındı.

İstinadlar

Xarici keçidlər :en:BBC Türkçe'de Hande Kader cinayeti: Kimse sesimizi duymuyor

Kateqoriya:Türkiyə aktivistləri