Milli Elmlər Akademiyasının əsərləri (, qısaca PNAS) — müxtəlif sahələr üzrə, əsasən biologiya və tibb, həmçinin fizika və sosial elmlər üzrə orijinal elmi tədqiqatların dərc edildiyi aparıcı ABŞ elmi jurnaldır.
ABŞ Milli Elmlər Akademiyasının (, NAS) rəsmi orqanıdır.
Tarixi
PNAS jurnalı 1914-cü ildə ABŞ Milli Elmlər Akademiyası (1863-cü ildə yaradılıb) tərəfindən təsis edilmiş, ilk nömrəsi isə 1915-ci ildə işıq üzü görmüşdür. Orijinal elmi tədqiqatlarla yanaşı, jurnalda icmallar, şərhlər, redaktora məktublar, hesabatlar və Akademiyanın sənədləri də dərc olunur. PNAS bioloji, fiziki və sosial elmləri geniş şəkildə əhatə edir. Jurnalda dərc olunan məqalələrin əksəriyyəti biotibbi elmlər sahəsində olsa da, fizika, riyaziyyat və sosial elmlər üzrə də xüsusi buraxılışlar çıxır. Bütün məqalələr əvvəlcə Akademiyanın üzvləri və ya onların təyin etdiyi rəyçilər qrupu tərəfindən resenziya olunur. Jurnalın bütün məqalələri abunəçilər üçün saytda əlçatandır, 6 aydan sonra isə tam baxış üçün ödənişsiz (açıq giriş) olur.
Tanınması
2009-cu ildə PNAS "Son 100 ilin biologiya və tibb üzrə ən nüfuzlu 100 jurnalı siyahısı"na daxil edilmiş, "Molekulyar və hüceyrə biologiyası, biotexnologiya və fənlərarası jurnallar" kateqoriyasında 3-cü yeri tutmuşdur.DBIO: Top 100 Journals in Biology and Medicine Elmi dünyadakı böyük nüfuzu sayəsində jurnalın onlayn versiyası ayda orta hesabla 11,6 milyon baxış sayına malikdir.
Jurnalın istinad indeksi: 2003-cü ildə — 14.49, 2004-cü ildə — 10.452, 2005-ci ildə — 10.231, 2006-cı ildə — 9.643, 2008-ci ildə — 9.380, 2012-ci ildə isə 9.737 olmuşdur. PNAS, 1994–2004-cü illər ərzində 1 338 191 istinadla dünyanın ikinci ən çox istinad edilən elmi jurnalıdır (birinci yeri 1 740 902 istinadla Journal of Biological Chemistry tutur).
Redaktorlar 1914—1918 — Artur A. Noes 1918—1940 — Raymond Pirl 1940—1949 — Robert Milliken 1950—1955 — Laynus Polinq 1955—1960 — Vendell Meredit Stenli 1960—1968 — Sanders Makleyn 1968—1972 — Con T. Edsoll 1972—1980 — Robert Luis Sinşeymer 1980—1984 — Deniel Koşland 1985—1988 — Maksin Singer 1988—1991 — İqor Devid 1991—1995 — Lourens Boqorad 1995—2006 — Nikolas Kozzarelli 2006—2011 — Rendi Şekman 2011—... — İnder Verma
ISSN ISSN 0027-8424 (çap) ISSN 1091-6490 (veb)
LCCN 00-227001 CODEN PNASA6 OCLC 43473694
İstinadlar
Xarici keçidlər Офіц.сайт журналу PNAS Early Edition Commentaries Reviews Perspectives Colloquium papers Actions of the Academy Special features National Academy of Sciences
Kateqoriya:Elmi jurnallar Kateqoriya:ABŞ jurnalları Kateqoriya:İngilis dilində jurnallar