III Federiko Montefeltro (; ) — Urbino hersoqu, kondotyer.
1422-ci ildə Umbriya əyalətindəki Petroya qəsrində dünyaya gəldi. Urbino qrafı Qvidantonio Montefeltronun məşuqəsi Yelizaveta Akkomanduççidən dünyaya gələn övladıdır. Dünyaya gəlişi 2 il gizli tutulsa da, 1424-cü ildə Roma papası V Martin tərəfindən rəsmi övlad statusu qazandı.
1433-cü ildə bağlanan sülhün şərti kimi, Venesiya və Mantuyada girov olaraq saxlandı. 1437-ci ildə Müqəddəs Roma imperatoru Sigismund tərəfindən cəngavər ünvanı aldı və həmin il italyan əsilzadəsi Gentile Brankaleoni ilə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı.
1438-ci ildə muzdlu əsgər kimi hərbi karyeraya başladı. 1444-cü ildə ögey qardaşı Oddantonio Montefeltronun sui-qəsdlə öldürülməsinin ardından taxta çıxdı. Qardaşının öldürülməsində rolunun olub-olmaması bilinmir. Anca Urbino hersoqluğu kiçik bir feodal dövləti idi və maliyyə vəziyyəti heç də yaxşı deyildi. Bu səbəblə muzdlu əsgər kimi fəaliyyətini davam etdirdi. Florensiya və Milan hersoqları, eləcə də Neapol kralı üçün hərbi birliklər topladı. Cəngavər döyüşlərindən birində yaralandı və sağ gözünü itirdi. 1458-ci ildə yeni seçilən Roma papası II Piy tərəfindən Papalıq dövlətinin komandanlığına təyin edildi.
8 fevral 1460-cı ildə Battista Sforza ilə evləndi və cütlüyün bu nigahdan 7 övladı doğuldu.
Konstansa (1460-1461) Covanna (1462-1514) İzabella (1464-1521) Konstansa (1466-1518) Violanta Aqnessiya (1470-1522) Qvadibaldo Montefeltro
Ancaq Roma papası üçün qazandığı hərbi uğurlar onun Urbinodakı öz suverenliyini təhlükəyə atdı. Belə ki, 1469-cu ildə Rimini şəhərini fəth etdikdən sonra bölgəni papaya verməkdən imtina etdi. Beləcə, Papalıq dövləti ilə münasibətləri pisləşdi. Vəziyyət IV Sikstin papa seçilməsiylə yaxşılaşdı. Belə ki, yaxın qohumu Covanni della Roverlə hersoqun qızı Covanna Montefeltro ilə evləndirdi və 1474-cü ildə Montefeltro ailəsinin Urbinodakı suverenliyini rəsmi şəkildə tanıdı.
1472-ci ildə ikinci xanımı Battista Sforzanın gənc yaşda vəfatından sonra qalan ömrünü Urbinodakı möhtəşəm sarayında yaşadı. 1482-ci ildə Modena hersoqu I Erkole d'Este üçün Venesiyaya səfərə hazırlaşdığı əsnada xəstələndi və Ferrarada vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar