Kalipso Botez (; ) — Rumıniyalı yazıçı, sufrajist, qadın hüquqları fəalı və feminist. Həyatı Kalipso Botez 1880-ci ildə Bakeuda anadan olub. Yass Universitetinin Tarix-fəlsəfə fakültəsini bitirib. Buxarestdə orta məktəbdə fəlsəfə fənnini tədris edib, dövlət məktəblərinin təftiş komissiyasının üzvü olub. Birinci Dünya müharibəsi zamanı Qalatsda Qırmızı Xaç cəmiyyətinin rəhbəri vəzifəsini icra edib. 1917-ci ildə bir neçə qadın hüquqları fəalı ilə birlikdə Rumın Qadınlarının Mülki və Siyasi Azadlığı Assosiasiyasını, 1921-ci ildən etibarən isə sonradan prezidenti olacağı Rumın Qadınlarının Milli Şurasının təsisçisi olub. Rumın Pravoslav Qadınlar Cəmiyyətinin Mərkəzi Komitəsinin, Həmrəylik Cəmiyyəti Komitəsinin, İntellektual İttifaq Komitəsinin üzvü və Rumın Sosial İnstitutunun üzvü idi. Rumıniyada qadınların vəziyyətinin yaxşılaşdırılması üçün qətiyyətlə mübarizə aparıb. Qadın hüquqları haqqında yazılar yazaraq Rumıniya konstitusiyasının birinci maddəsinin bütün vətəndaşların bərabər olduğunu bəyan etdiyini vurğulayıb.
1919-cu ildə "Rumın qadınının hüquqları problemi" əsərini nəşr etdirib. Kalipso Botez hökumətin səlahiyyətlərinin islahatı, qadın hüquqları və boşanma qanununun islahatı uğrunda mübarizə aparıb. 1920-ci ildə o, "Feminizm problemi. Elementlərinin sistemləşdirilməsi" adlı işini dərc etdirib. "Ədəbi söhbətlər", "İdealistlər jurnalı", "Elm və sosial islahatlar icmalı" və digər jurnallarda məqalələr yerləşdirib. Öz əsərlərində səsvermə hüququnu, iqtisadi artımı, qadınların intellektual və siyasi azadlığını, boşanmanın asanlaşdırılmasını və mövcud rejimin məhdudiyyətlərinin aradan qaldırılmasını müdafiə edib. O, "Rumın qadınlarının hüquqları problemi" (1919), "Konstitusiya. Gələcəkdə qadın hüquqları" (1922), "Gələcəkdə qadınların mülki hüquqları" (1924), "Qadınların hüquqi vəziyyəti haqqında hesabat" (1932) və digər mühüm əsərlərin müəllifidir. Əsərləri Women's Rights in the Future Constitution (1922) Women's Rights in the Future of the Civil Code (1924) Report on the Legal Situation of Women (1932)
İstinadlar
Ədəbiyyat George Marcu (coord.), Dicţionarul personalităţilor feminine din România, Editura Meronia, București, 2009.
Xarici keçidlər Calypso Botez
Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Rumıniyanın qadın yazıçıları Kateqoriya:XIX əsr qadın yazıçıları Kateqoriya:XX əsr qadın yazıçıları