Atena-Svyatomira Vasilyevna Paşko (; ) — ukraynalı kimya mühəndisi, şair və Ukrayna hüquq müdafiə hərəkatının tanınmış nümayəndəsi və ictimai xadimi. Onun nəşr olunmuş şeir toplularına "Yol ayrıcında" (На перехрестях, 1-ci cild, 1989), "Şamın ucunda" (На вістрі свічки, 1991) və "Cığırımın tiyəsi" (Лезо моєї стежки, 2007) daxildir.
Atena Paşko, 1991-ci ildə Ukrayna Qadınlar Birliyinin sədri seçilib. 1999-cu ildən Vyaçeslav Çernovol adına Beynəlxalq Xeyriyyə Fondunun prezidenti olub. Sovet dövründə inzibati repressiyalara məruz qalmış Paşko, Ukrayna dövləti tərəfindən "Şahzadə Olqa" ordeni və "Azadlıq" ordeni ilə təltif edilib.
Həyatı Atena Paşko 10 oktyabr 1931-ci ildə o zamankı Polşanın tərkibində olan Lvov voyevodlığının Drohobıç rayonunun Bıstrıtsya kəndində anadan olub. O, Ukrayna Milli Meşəçilik Universitetində ali təhsil alıb.Melnichuk B. Pashko Atena-Svyatomira Vasylivna // Ternopil encyclopedic dictionary : in 4 volumes / editor: G. Yavorsky and others. Ternopil: Publishing and Printing Plant "Zbruch", 2010, Vol. 4: A - I (additional), p. 449. ISBN 978-966-528-318-8 (Ukrainian language)
1960-cı illərin ortalarından etibarən o, repressiyaya məruz qalmışdır. Paşko, Ukrayna mədəniyyət xadimlərini müdafiə etdiyinə görə təqiblərə məruz qalmış və əsərlərinin nəşrinə qadağa qoyulmuşdu. İş yerində ona töhmət verilib, mənzilində isə axtarışlar aparılıb. 1970-ci ildə Veronika Morozovanın hökmünün ləğv edilməsi tələbi ilə Ukrayna SSR Ali Məhkəməsinə müraciət imzaladığı üçün işdən çıxarılıb. Paşko daimi olaraq KQB-nin nəzarəti altında olub. 1991-ci ilin dekabrında Kiyevdə Ukrayna Qadınlar Birliyinin təsis qurultayı keçirilib və Paşko Birliyin sədri seçilib. Sonra o, Ukrayna Qadınlar Birliyinin Fəxri Sədri adını daşıyıb. Həyat yoldaşı Vyaçeslav Çornovol 25 mart 1999-cu ildə avtomobil qəzasında faciəvi şəkildə həlak olduqdan sonra Paşko öz siyasi missiyasını davam etdirmişdir. O, "Ukrayna Xalq Hərəkatının hamisi" adlandırılıb. Atena Paşko, 20 mart 2012-ci ildə Kiyevdə vəfat edib və Baykovo qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub.
Yaradıcılığı O, "Yol ayrıcında" (Münhen, 1989), "Şamın ucunda" (Baltimor-Toronto, 1991), "Cığırımın tiyəsi" (Kiyev, 2007) adlı şeir toplularının müəllifidir.
İrsi Buçaçdakı Atena Paşko küçəsi onun şərəfinə adlandırılıb.
Mükafatları 18 avqust 1997 — Ukraynanın mənəvi dirçəlişinə, ailə, qadın və uşaq problemlərinin həllinə, eləcə də Ukrayna xalqının rifahı naminə peşəkar və ictimai fəaliyyətinə görə III dərəcəli Şahzadə Olqa ordeni ilə təltif edilib. 18 noyabr 2009 — Milli ideyanın müdafiəsinə, Ukrayna müstəqil dövlətinin qurulması və inkişafına, eləcə də aktiv siyasi və ictimai fəaliyyətinə görə Azadlıq ordeni ilə təltif edilib.
İstinadlar
Xarici keçidlər Мельничук Б. Пашко Атена-Святомира Василівна // Тернопільський енциклопедичний словник: У 4 т. / Редкол.: Г. Яворський та ін. — Тернопіль: Видавничо-поліграфічний комбінат «Збруч», 2010. — Т. 4: А—Я (додатковий). — С. 449. — ISBN 978-966-528-318-8.
Kateqoriya:Ukrayna şairləri