Gülçə (qırğ. Гүлчө) — Qırğızıstanın Oş vilayətində yerləşən şəhər, Alay rayonunun inzibati mərkəzidir. 2021-ci ildə əhalisi 13.755 nəfərdən ibarət idi.

Tarixi 1640-cı ildə Abdulla xanın Oş şəhərinə yürüşü zamanı, kənd yaxınlığındakı Kaplan-Kulkol adlı yerdə Moğol əmirlərinin qoşunları ilə qırğız bəyləri (başçıları) arasında döyüş baş vermişdir.

1917-ci ilə qədər kənd Rusiya imperiyasının Fərqanə vilayətinin Oş qəzasının tərkibində olub. 1936–1958-ci illərdə isə Gülçə rayonunun mərkəzi olmuşdur.

12 sentyabr 2025-ci il tarixində Prezident Sadır Japarov Oş vilayətində Alımbek Datkanın 225 illiyinə həsr olunmuş tədbirdə Gülçə kəndinə şəhər statusunun verilməsi barədə tapşırıq vermişdir.

16 Sentyabr 2025-ci ildə müvafiq qanun layihəsi Joqorku Keneşin (Parlamentin) müzakirəsinə təqdim edilmişdir. 25 sentyabr 2025-ci ildə Joqorku Keneşin deputatları iclas zamanı “Oş vilayətinin Alay rayonunun Gülçə kənd ərazisinin rayon tabeli şəhər kateqoriyasına aid edilməsi haqqında” qanun layihəsini bəyənmişlər.

Coğrafiyası Oşdan cənuba, Alay vadisi vasitəsilə uzanan Pamir şossesi Gülçədən keçir.

Şəhər geniş bir vadidə, Kurşab çayını əmələ gətirən üç çayın qovuşduğu yerdə yerləşir.

Əhalisinin sayı 1999-cu il — 14 397 nəfər. 2009-cu il — 11 691 nəfər 2022-ci il — 14 083 nəfər.

İstinadlar