Xatuna Kalmaxelidze (; ) — gürcü siyasətçi və dövlət xadimi. Gürcüstanın cəzaların icrasına nəzarət və hüquqi yardım naziri (2009–2012).

Həyatı və Fəaliyyəti Kalmaxelidze 11 fevral 1979-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə anadan olmuşdur. O, Hunter Kollecində siyasi elmlər ixtisası üzrə bakalavr təhsili almış, iqtisadiyyat üzrə isə əlavə ixtisas üzrə oxumuşdur. 2005–2007-ci illərdə Corc Vaşinqton Universitetinin Elliott Beynəlxalq Münasibətlər Məktəbində təhsilini davam etdirərək beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində magistr dərəcəsi qazanmışdır. ABŞ-də olduğu müddətdə Gürcüstanın BMT yanındakı nümayəndəliyində çalışmış, həmçinin 2006-cı ildə Beynəlxalq Seçki Sistemləri Fondunda (IFES) fəaliyyət göstərmişdir.

Gürcüstana qayıtdıqdan sonra Xarici İşlər Nazirliyində siyasi məsələlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. 21 dekabr 2009-cu ildə isə gürcüstanın cəzaçəkmə naziri vəzifəsinə gətirilmişdir. Bu vəzifədə çalışarkən penitensiar sistemdə islahatlar aparmış və dövlətə məxsus həbsxanaların böyük hissəsinin Avropa standartlarına uyğunlaşdırılmasına nail olmuşdur.Prison System Minister Resigns . Civil Georgia. August 19, 2012

2012-ci il 19 sentyabr tarixində Tbilisi həbsxanalarından birində məhbuslara qarşı zorakılığı əks etdirən görüntülərin yayılmasından sonra yaranmış ictimai narazılıq fonunda istefa vermişdir.

Kalmaxelidze ingilis, alman, fransız və rus dillərini bilir.

İstinadlar

Kateqoriya:Gürcüstan hüquqşünasları Kateqoriya:Gürcüstan nazirləri