Kutlu Adalı () - Kipr türkü jurnalist, şair, sosial-siyasi tədqiqatçı və sülh tərəfdarı idi. O, “Yeni Düzen” qəzetində çalışırdı və o dövrdəki siyasi quruluşa tənqidi yanaşması ilə tanınırdı.
Kutlu Adalı, 1996-cı ilin iyul ayında evinin qarşısında “edam üslubunda” avtomatla güllələnərək öldürüldü.
2021-ci ildə Sedat Peker bildirmişdir ki, keçmiş daxili işlər naziri Mehmet Ağar guya bir qatil tutulmasını istəyib və bu prosesin Atilla Peker vasitəsilə həyata keçirildiyini iddia edib.
Həyatı Kutlu Adalı 1935-ci ildə Nicosia (Lefkoşa) şəhərində doğulmuşdur.
O, 3 yaşında olarkən ailəsi Türkiyənin Antalya şəhərinə köçmüşdür. Orta təhsilini tamamladıqdan sonra 1954-cü ildə Kiprə qayıtmış və Kipr Türk İcma Palatasında işə başlamışdır.
Fəaliyyəti Ölümündən əvvəlki illərdə Kutlu Adalı Lefkoşada “Yeni Düzen” qəzetində çalışan, cəmiyyət tərəfindən hörmət edilən bir jurnalist idi. O, “Mavi Kiprdən” adlı gündəlik köşəsində mütəmadi olaraq yazılar yazırdı. Onun ilk dövrlərdəki əsərləri, o cümlədən kitab və məqalələri daha çox milliyyətçi ruhda idi. Lakin sonrakı yazılarında doğma adanın şimalında hökm sürən sağçı siyasi hakimiyyətə qarşı tənqidi mövqe sərgiləməyə başlamışdı.
Təqaüdə çıxmazdan əvvəl isə o, yeni elan olunmuş Şimali Kipr Türk Cümhuriyyətində Əhali və Doğum Qeydiyyatı İdarəsinin rəhbəri vəzifəsində çalışmışdır.
Ölümü
1996-cı il iyulun 6-da evinin qarşısında avtomat silahla güllələnərək öldürülmüşdür. Bu cinayətin icraçıları bu günə qədər rəsmi olaraq tam şəkildə müəyyən edilərək ədalət qarşısına çıxarılmamışdır. Bəzi mənbələr onun ölümündə “Boz Qurdlar” təşkilatını günahlandırır, digər mənbələr isə “Türk İntiqam Briqadası”nın məsul olduğunu qeyd edir.Barry M. Rubin, Judith Colp Rubin, Chronologies of modern terrorism, (M.E.Sharpe Inc., 2008), 93.Grey Wolves, Encyclopedia of Terrorism, Ed. Cindy C. Combs and Martin W. Slann, (Infobase Publishing, 2007), 110.Nancy J. Woodhull and Robert W. Snyder, Journalists in Peril, (Transaction Publishers, 1998), 3.
2021-ci il mayın 23-də Türkiyəli cinayətkar qruplaşma lideri Sedat Peker öz YouTube kanalında keçmiş daxili işlər naziri Mehmet Ağarın bu qətldə rolunun ola biləcəyini iddia etmişdir. O, Ağarın ondan qatil istədiyini, bu məqsədlə qardaşı Atilla Pekerin Kiprə göndərildiyini, lakin sonradan Korkut Eken tərəfindən “Adalını başqa bir komandanın öldürdüyü” barədə məlumat aldığını bildirmişdir. Mənbələr
Kateqoriya:Kipr siyasətçiləri Kateqoriya:Kipr yazıçıları Kateqoriya:Üstü açılmamış cinayətlər