Alaxançallı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yaşayış məntəqəsi XIX əsrin ortalarında yaranmışdır. Tədqiqatçıların bir hissəsi toponimi ayrımların alaxançallı nəslinin adı ilə, digər hissəsi isə "xəncər gəzdirən Alı" yozumu ilə bağlayırlar. Bu oykonim 1917-ci ildə Alıxançalı şəklində qeydə alınmışdır. Oykonimin düzgün variantı da elə budur. Kəndin adı Alıxan (antr., alıxanlı nəslinin banisi), çal (bozqır, geniş düzən, meşəsiz sahə) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Alıxana və ya alıxanlı nəslinə aid düzənlik yer" deməkdir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Gəncəçayın sahilində, Qoşqar dağının ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar Qeyd1999537280257Kitabda əhali sayı göstəricisi Şahkərəmkəndinin əhali sayı göstəricisi ilə qarışdırılmışdır. 2009↗622↗317↗305

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Alaxançallı kənd kitabxana filialı, Alaxançallı kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə 112 şagird yerlik Daşkəsən rayon Alaxançallı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Alaxançallı kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Qaraqullar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri