Bay Bay (ərəb qrafikası ilə: بای) — Azərbaycan dilində işlənmiş arxaik söz olub, əsasən XIII–XVIII əsr yazılı abidələrində rast gəlinir.
Etimologiya Söz türk mənşəlidir və qədim türk dillərində “varlı”, “zəngin”, “nüfuzlu şəxs” mənalarında işlənmişdir.
Mənaları Varlı, zəngin, dövlətli. Dəlim oğlanlar aldı ay surətli, Gözi nərgiz, yüzi gül, bay sirətli. Mum eştib Misir əhli cümlə bildi, Ulu, kiçi, bay, fəqiri cümlə gəldi.
Zadəgan təbəqəsinə mənsub şəxsi bildirən titul. “Kitabi-Dədə Qorqud”da “bay” sözü “bəy” mənasında işlənmişdir: Bayındır xanın qarşusında Qaragünə oğlı Qarabudaq bay dayanub durmışdı.
İrəlidə olan, öndə gedən. Hüsn içində kamil idi, görkə bay, Görsə anı səcdə qılur göydə Ay.
İstifadə nümunələri Ulu, kiçi, bay, fəqiri cümlə gəldi. Günəş oldur nurını yoxsula, həm baya verür. Etiqaddan azmaya gər bayü gər qəllaş ola.
İstinadlar
Kateqoriya:Azərbaycan dili Kateqoriya:Arxaizmlər Kateqoriya:Leksikologiya