Suad Liçi () — Albaniyalı keçmiş futbolçu.
O, karyerasını başa vurmazdan əvvəl son olaraq 2008–2009 mövsümündə Albaniya Superliqasında Vllazniya Şkoder klubunda çıxış etmişdir. Əsasən mərkəz yarımüdafiəçisi kimi çıxış edib.
Klub karyerası O, əvvəllər Tirana və Azərbaycanın Bakı FK klublarında oynamışdır.
Suad Liçi "Vllazniya" komandasının qırmızı və mavi rəngli formasını 290-dan çox oyunda geyinmiş və 46 qol vurmuşdur.
O, 1997–1998 və 2000–2001-ci illərdə iki dəfə Albaniya Superliqasının qalibi olmuş və liqa kuboklarını qazandığı həmin illərdə (1997–1998 və 2000–2001) iki dəfə Albaniya Superkubokunu da əldə etmişdir. Onun qazandığı sonuncu kubok 2007–2008-ci illərdə "Vllazniya" ilə sabiq klublarından biri olan "Tirana"ya qarşı oyunda qalib gələrək qazandığı Albaniya Kuboku olmuşdur.
Onun Albaniya Superliqasındakı ümumi oyun göstəricisi 358 oyundur. O, 56 dəfə fərqlənmiş və 11 kubok qazanmışdır. Həmçinin Suad Liçi Azərbaycanda da oynamış və burada 2005–2006 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi ola bilmişdir.
Milli karyerası O, Albaniya milli komandasında debütünü 2000-ci ilin fevralında Malta Turniri çərçivəsində Andorra milli komandasına qarşı matçda etmiş və ümumilikdə 6 oyuna çıxaraq qol vurmamışdır. Onun son beynəlxalq oyunu 2005-ci ilin mayında Polşaya qarşı yoldaşlıq matçı olmuşdur.
Milli komanda statistikası
Albaniya milli komandasıİlOyunQol200030200100200200200300200410200520Cəmi60
Uğurları Vllazniya Şkoder ilə Albaniya Superliqasının qalibi: 1997–1998 Vllazniya Şkoder ilə Albaniya Superkubokunun qalibi: 1997–1998 Vllazniya Şkoder ilə Albaniya Superliqasının qalibi: 2000–2001 Vllazniya Şkoder ilə Albaniya Superkubokunun qalibi: 2000–2001 Teuta Durres ilə Albaniya Kubokunun qalibi: 1999–2000 KF Tirana ilə Albaniya Superliqasının qalibi: 2002–2003 KF Tirana ilə Albaniya Superkubokunun qalibi: 2002–2003 KF Tirana ilə Albaniya Superliqasının qalibi: 2003–2004 KF Tirana ilə Albaniya Superkubokunun qalibi: 2003–2004 KF Tirana ilə Albaniya Superliqasının qalibi: 2004–2005 FK Bakı ilə Yüksək Liqanın qalibi: 2005–2006 Vllazniya Şkoder ilə Albaniya Kubokunun qalibi: 2007–2008
Mənbələr
Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular Kateqoriya:Albaniya Superliqası futbolçuları