Mukay Elebayev (; ) — SSRİ–Qırğızıstan yazıçısı.

Həyatı Muqay Elebayev Çon-Taş kəndində (hazırda İssık-Kul vilayəti, Tüp rayonu) yoxsul kəndli ailəsində anadan olmuşdur. Doqquz yaşından yetim qalmış və muzdurluq etmişdir. O, Qırğızıstan ədəbiyyatının klassik yazıçılarından biri hesab edilmişdir.

1916–1919-cu illərdə üsyanın törətdiyi qarışıqlıqlardan xilas olmaq üçün Çində mühacirətdə yaşamışdır. Ölkəsinə qayıtdıqdan sonra, 1920-ci ildə Cılıu-Bulak kəndində savadsızlığın ləğvi kurslarında, 1921-ci ildən Prjevalsk şəhərindəki internatda, 1924–1926-cı illərdə isə Tüp Zooveterinar Texnikumunda təhsil almışdır. 1930-cu ildə Frunze Pedaqoji Texnikumunu bitirmişdir.

Qırğızıstanın ilk maarifçilərindən biri olan Cuma Camqırçiyev ilə birlikdə məktəblilər üçün ədəbiyyat dərsliyi hazırlamış və həmin dərslik 1930-cu ildə işıq üzü görmüşdür.

1943-cü ildən İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. Qızıl Ordu sıralarında, 267-ci atıcı alayın atıcısı kimi döyüşmüş və 15 may 1944-cü ildə aldığı yaralardan cəbhədə vəfat etmişdir. Mərhum Laneva Qora kəndində (hazırda Pskov vilayəti) dəfn olunmuşdur. Похоронен в деревне (ныне — Псковской области)

Həyat yoldaşı Fuxura Elebayeva olmuşdur. O, Frunze şəhəri, Engels küçəsində yaşamışdır.

Yaradıcılığı Mukay Elebayev Qırğızıstan sovet peşəkar ədəbiyyatının banilərindən biri hesab olunmuşdur.

Yazıçı ədəbi fəaliyyətinə 1924-cü ildə "Erkin-Too" qəzetinin ilk saylarından birində dərc olunan "Zarıqam" ("İntizardayam") şeiri ilə başlamışdır. "Bizim gənclik" adlı şeiri isə 1928-ci ildə işıq üzü görmüşdür. Müəllifin ilk şeirlər toplusu olan "İrlar jıynağı" 1931-ci ildə nəşr edilmişdir.

1933-cü ildə işıq üzü görən "Döyüş" toplusu qırğız sovet poeziyasının inkişafında, müasir mövzuların təsdiqində və yeni poetik formaların formalaşmasında mühüm rol oynamışdır. 1938-ci ildə isə şairin "Bütün şeirlər toplusu" çap olunmuşdur Mukay Elebayev qırğız ədəbiyyatında avtobioqrafik xarakterli realistik nəsrin ilk nümunəsi sayılan "Uzak jol" ("Uzun yol", 1936-cı il) romanının müəllifidir. Bu əsər sonradan rus (1959-cu il) və latış dillərinə də tərcümə edilmişdir. "Kıyın kezen" ("Çətin keçid", 1938-ci il) oçerki, eləcə də "Zarlıq" və "Boranlı gündə" hekayələri həmin romanın məntiqi davamı hesab olunmuşdur.

Yazıçı, həmçinin cəbhə şeirlərindən ibarət "Məktub" (1941-ci il) və "Ulu marş" (1943-cü il) toplularının müəllifidir. Mukay Elebayev rus klassiklərinin əsərlərini qırğız dilinə tərcümə edən ilk qırğız yazıçılarından biri olmuşdur. O, N. V. Qoqolun ("Şinel"), L. N. Tolstoyun ("Hacı Murad"), M. Qorkinin, D. A. Furmanovun əsərlərini, A. S. Puşkinin nağıllarını ("Ölmüş şahzadə və yeddi pəhlivan haqqında nağıl"), V. V. Mayakovskinin, S. Y. Marşakın şeirlərini və digər müəlliflərin yaradıcılıq nümunələrini tərcümə etmişdir.

O, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.

Mirası Mukay Elebayevin adı müxtəlif obyektlərə verilmişdir. İssık-Kul vilayətinin Taldı-Suu kəndindəki məktəb, Oş vilayətinin Bazar-Korqon rayonundakı 13 nömrəli məktəb (digər məlumatlara görə, 1 nömrəli məktəb) onun adını daşıyır. Həmçinin, Qırğızıstan Respublikasının şəhər və kəndlərindəki müxtəlif küçələri Elebayev şərəfinə adlandırılmışdır.

Əsərləri Элебаев М. Узак Жол. — Фрунзе: Мектеп, 1974. Окуу китеби. – Ф.: Кыргызмамбас, 1930. – 125 б. (Жамгырчиев Ж. менен бирге.) Ырлар жыйнагы. (1-жыйнак). – Ф.: Кыргызмамбас, 1931. – 99 б. Майдан. 2-жыйнак. – Ф.: Кыргызмамбас, 1933. – 60 б. Ырлардын толук жыйнагы. – Ф.: Кыргызмамбас, 1936. – 80 б. Узак жол: Роман 1-китеп. – Ф: Кыргызмамбас, 1936. – 138 б. Ырлардын толук жыйнагы. – Ф.: Кыргызмамбас, 1938. – 103 б. Кыйын кезең: Аңгеме. – Ф.: Кыргызмамбас, 1938. – 52 б. Салам кат: Ырлар. – Ф.: Кыргызмамбас, 1941. – 46 б. Улуу марш: Ырлар. – Ф.: Кыргызмамбас, 1943. – 32 б. Данилич-Кочин А. Динамит: Аңгеме. – Ф.: Кыргызмамбас, 1934. – 31 б. Фурманов Д.А. Козголоң – Ф.: – Казан, Кыргызмамбас, 193 б. – 199 б. Маршак С.Я. Акылсыз чычкандын баласы тууралуу. – Ф. – Казан: Кыргызмамбас, 1937. – 8 б. Толстой Л.Н. Хаджи Мурат. – Ф.: – Казан: Кыргызмамбас, 1938. – 139 б. Гоголь Н.В. Шинель: Повесть. – Ф.: – Казан: Кыргызмамбас, 1938. – 46 б. Пушкин А.С. Хандын өлгөн кызы менен жети баатыр жөнүндө. – Ф.: – Казан, Кыргызмамбас, 1938. – 28 б.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri