İsrail 25 il sonra mövcud olmayacaq – ifadəsi İranın Ali Rəhbəri Əli Xameneyi tərəfindən 2015-ci ildə İran nüvə sazişi çərçivəsindən sonra İsrail haqqında etdiyi çıxışda işlədilmişdir və onun Twitter hesabında yayımlanmışdır. Xameneyinin rəsmi internet saytına görə, bu cümlə 2015-ci ildə "Xameneyinin ən vacib və yadda qalan cümləsi" seçilmişdir. Bu şüardan həm təbliğat işlərində, həm də Qüds günündə istifadə olunur.
Xameneyi izah etmişdir ki, İsrailin məhv edilməsi hədəfi İsrail hökumətinə olan düşmənçiliklə bağlıdır. Eyni zamanda, bu şüar Tehran şəhərindəki Fələstin meydanında yerləşən geri sayım saatının üzərinə quraşdırılmışdır. İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan "Tasnim" Xəbər Agentliyi isə bu şüarı "İslam oyanışı" ilə əlaqələndirmişdir.
2023-cü ildə İsraildə baş verən məhkəmə islahatlarına qarşı etirazlar zamanı Əli Xameneyi və İbrahim Rəisi, İsrailin süqutunun 25 ildən də tez (2040-cı ilə qədər) baş verəcəyini iddia etmişlər.
Arxaplan 2015-ci ildə İran və "5+1" qrupu arasındakı razılaşmadan sonra, İsrail İranla İsrail arasında müharibə barədə heç bir narahatlığın olmayacağını və növbəti 25 il üçün İsrail dövlətinin təhlükəsizliyinə təminat verildiyini bəyan etdi. İsrailin bəyanatına cavab olaraq Xameneyi bir açıqlamasında bildirdi: "Sizə ilk olaraq onu deyirəm ki, İsrail növbəti 25 ili görməyəcək; ikincisi, bu müddət ərzində İran mübarizə ruhunu, ciddiliyini və cihadı qoruyub saxlayacaq və siz hər an təşviş içində olacaqsınız." 14 dekabr 2016-cı ildə Xameneyi Ramazan Şəlləh ilə görüşündə bu cümləni təkrar edərək bildirmişdir: "Daha əvvəl də dediyimiz kimi, fələstinlilərin və müsəlmanların sionistlərə qarşı ümumi və vahid mübarizəsi şərtilə, sionist rejimi növbəti 25 il ərzində bir varlıq olaraq mövcud olmayacaqdır."
İsrailin reaksiyası İsrailin Baş naziri Benyamin Netanyahu bildirmişdir: "Xameneyinin sözləri onun tərəfdarları üçün heç bir xülya yeri qoymur." O, həmçinin qeyd etmişdir: "O, ABŞ-ın böyük şeytan olduğunu və İranın İsrail dövlətini məhv etmək niyyətində olduğunu açıq şəkildə ifadə etdi. Bu, baş verməyəcək. İsrail güclü bir ölkədir və o, daha da güclənəcəkdir."
Həmçinin bax
Böyük şeytan Kiçik şeytan İran–İsrail münasibətləri
İstinadlar
Kateqoriya:2015-ci ildə İran Kateqoriya:İran–İsrail vasitəçilik münaqişəsi Kateqoriya:Proqnostika Kateqoriya:İranda irqçilik