Zəncirlər döyüşü () — 633-cü (hicri 12) ildə Raşidi xilafəti ilə Sasanilər arasında baş vermiş hərbi qarşıdurma.
Döyüşdən əvvəl Sasanilərə qarşı hərbi yürüşlər Əbu Bəkrin dövründə başlamışdır. 8 minlik ordu ilə İraqa göndərilən Müsənna ibn Harisəyə, 10 minlik ordu ilə Xalid ibn Vəlid də qoşulmuşdur. İraqın cənuba daxil olan Xalid ibn Vəlid, Sasani dövlət adamlarına məktub yollayaraq onları İslamı qəbul etməyə və ya cizyə ödəməyə dəvət etmiş, əks halda "onların yaşamağı və şərabı sevdikləri qədər ölümü sevən bir ordu ilə üzərlərinə hücum edəcəyini" bildirmişdir.
Döyüş Sasanilər və onların müttəfiqi Hirə tərəfindən Xalid ibn Vəlidin məktublarına müsbət cavab verilmədiyindən Bəsrə sahilindəki Übullə (və ya Ubəlla) məntəqəsində ərəblərlə (müsəlmanlar) Sasanilər və onların müttəfiqi Hirə arasında ilk döyüş baş vermişdir. Döyüşdə Sasani döyüşçüləri fərarilik etməsinlər deyə bir-birilərinə zəncirlənmişdilər. Bu səbəblə bu döyüşə "Zətüs-Səlasil" (Zəncirlər döyüşü) deyilmişdir.
Döyüşün sonu Müsəlmanlarla Sasanilər arasında baş vermiş bu ilk döyüşdə Sasanilər məğlub olmuş, Sasani sərkərdəsi Hörmüz isə öldürülmüşdür.
Məktubların mətni Təbəriyə görə, birinci məktubun mətni belədir:
Nurəddin əl-Heysəmiyə görə, ikinci məktubun tam mətni belədir:
İstinadlar
Kateqoriya:Sasanilər imperiyasının döyüşləri