Plankənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Plankənd kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Plankənd kəndi Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Plankənd kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Kəndin keçmiş adı Qamışlı olmuşdur. Hazırda kəndin cənubunda Qamışlı yeri adlanan sahədə yerləşən yaşayış məntəqəsi 1903-cü ildə indiki yerə köçürülmüş və planlı şəkildə salındığına görə belə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1161 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri