Kaşar () — Albaniyanın mərkəzində, Tirana vilayətində kənd və keçmiş bələdiyyə.
2023-cü ilin siyahıyaalınmasına əsasən əhalisi 89,395 nəfərdir və bu göstərici ilə ölkənin ən çox əhalisi olan 3-cü bələdiyyə vahididir.
Tarixi Kənd haqqında ilk yazılı məlumat 1456-cı ildə, Leja Liqası ilə Osmanlı İmperiyası arasındakı döyüş meydanı kimi qeyd edilmişdir.
2015-ci il yerli idarəetmə islahatları nəticəsində Tirana bələdiyyəsinin inzibati vahidinə çevrilmişdir.
Demoqrafiya Kaşar təxminən 90.000 əhalisi olan on icmadan ibarətdir.
İqtisadiyyatı
Kaşar, bir çox iri şirkətlərin yerləşdiyi Tirananın sənaye mərkəzidir. Burada yerləşən ən böyük Alban şirkəti telekommunikasiya xidmətləri təklif edən özəl şirkət olan "ALBtelecom"-dur. Həmçinin burada "Coca-Cola Bottling Shqipëria" şirkəti fəaliyyət göstərir. Tiranaya gələn böyük insan axını səbəbindən Kaşarın iqtisadiyyatı eyni zamanda kənd təsərrüfatı və mənzil tikintisinə də əsaslanır.
Kaşarda Tirananın əsas parklarından biri olan, Kus kəndi su anbarının ətrafındakı Kaşar Parkı və "Top Channel" televiziya stansiyası yerləşir. Əlavə olaraq, Kaşar təcili yardım maşınları, qoşqular və hərbi avtomobillər istehsal edən Alban şirkəti "Timak"-ın mərkəzidir.
Beynəlxalq əlaqələri Kaşar aşağıdakı şəhərlə qardaşlaşmışdır: Sindos, Saloniki, YunanıstanMIRATIMIN E MARVESHJES SE BINJAKEZIMIT NDERMJET KOMUNES KASHAR DHE BASHKISE SINDOS SELANIK GREQI , Komuna Kashar (alban dilində) (İstifadə tarixi: 1 may 2026)
İstinadlar
Kateqoriya:Tirananın inzibati vahidləri Kateqoriya:Albaniya şəhərləri