Selenitsa (, "Selițcă") — Albaniyanın cənub-qərbində, Vlyora vilayətində şəhər və bələdiyyə.
2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Armen, Bratay, Kote, Selenitsa, Sevaster və Vllahinə adlı keçmiş bələdiyyələrin birləşdirilməsi ilə yaradılmışdır və həmin ərazilər hazırda bələdiyyənin inzibati vahidləri sayılır. Bələdiyyənin inzibati mərkəzi Selenitsa şəhəridir.
2011-ci ilin siyahıyaalınmasına əsasən bələdiyyənin ümumi əhalisi 16,396 nəfərdir. Bələdiyyənin ümumi sahəsi isə 561.52 km² təşkil edir. 2011-ci ildə mərkəzi inzibati vahid olan Selenitsa şəhərinin əhalisi 2,235 nəfər idi.
Demoqrafiyası 2011-ci il Albaniya siyahıyaalınmasında keçmiş Selenitsa bələdiyyəsi, özünü arumın kimi təqdim edənlərin (16,6%) etnik albanlardan (10%) sayıca çox olduğu yeganə icma idi; eyni zamanda sakinlərin əksəriyyəti heç bir etnik mənsubiyyət bildirməmişdi. Albaniya hökumətinin 2014-cü il hesabatına görə, Selenitsada təxminən 100 nəfər yunan da yaşayır.
İqtisadiyyat və Təhsil Şəhər əsasən bitum mədənləri ilə tanınır. İdman sahəsində isə şəhəri "Selenitsə" (KS Selenicë) futbol klubu təmsil edir.
23 sentyabr 2021-ci ildə Selenitsada "10 may 1905" məktəbi fəaliyyətə başlamışdır. Bu məktəb arumın uşaqları üçündür və onlar burada hər gün bir neçə saat arumın və rumın dillərində təhsil ala bilirlər. Məktəbdə Rumıniya diplomatiyasının görkəmli xadimlərinin — Vasile Stoyka və Nikutsə Balamacinin adını daşıyan iki sinif var. Məktəb Rumıniya dövlətinin heç bir maliyyə dəstəyi olmadan, o vaxt prezidenti Pano Bakali olan və alban arumınlarının mədəniyyət cəmiyyəti sayılan Sarandadakı "Nicolae Iorga Fondu" tərəfindən təsis edilmişdir.
Tanınmış şəxsiyyətləri Ali Asllani — alban şair, siyasətçi və Alban Milli İntibahının fəalı. Arbri Beqay (Arbri Beqaj) — alban futbolçu. Kadri Hazbiu — Albaniya Əmək Partiyasından olan alban siyasətçi. Qazim Koçuli (Qazim Koculi) — 20-ci əsrin əvvəllərindəki alban siyasətçi və cəmi bir gün Albaniyanın Baş Naziri vəzifəsini icra etmiş şəxs. Faruk Mırtay (Faruk Myrtaj) — alban şair və yazıçı. Demir Vlonyati (Demir Vlonjati) — alban xalq müğənnisi, bəstəkar və şair.
İstinadlar
Kateqoriya:Albaniya şəhərləri