Alparslan Bayraktar (1975, Hatay, Kırıkhan) — türk mühəndisi və siyasətçi. O, 2023-cü il iyunun 4-də Türkiyə Respublikası Energetika və Təbii sərvətlər naziri təyin edilib.https://www.worldenergy.org.tr/administrative-board/
Haqqında Alparslan Bayraktar 1975-ci ildə Hatayın Kırıkhan ilçəsində anadan olub. Əslən Trabzonun Çaykara vilayətindəndir.Dr. Alparslan BAYRAKTAR Uşaqlığı İstanbulda keçib.
Təhsili Bayraktar ibtidai və orta təhsilini İstanbulda aldıqdan sonra İstanbul Texniki Universitetinin Maşınqayırma fakültəsini bakalavr diplomu ilə bitirib.
Bilkent Universitetinin Hüquq fakültəsindən İqtisadi hüquq və ABŞ-ın Fletçer Hüquq və Diplomatiya məktəbindən Beynəlxalq Əlaqələr üzrə magistr təhsili alıb.
Orta Şərq Texniki Universitetinin Yer sistemi elmləri Departamentində təhsilini davam etdirib və oranı Enerji iqtisadiyyatı və siyasəti üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi ilə tamamlayıb.
Karyerası 2010-2016-cı illər arasında Alparslan Bayraktar Energetika bazarını tənzimləmə qurumunun müvəkkili vəzifəsində çalışıb.
2016-2018-ci illərdə Energetika və Təbii Sərvətlər Nazirliyində müşavir, xarici əlaqələr və Avropa İttifaqı məsələləri üzrə baş direktor vəzifəsini daşıyıb.
2018-2023-cü il tarixlərində Energetika və Təbii Sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.Enerji’ye üç bakan yardımcısı atandı Kaynak: Enerji’ye üç bakan yardımcısı atandı Nazir müavini olarkən Bayraktar Türkiyənin Milli Energetika və Mədən Strategiyasının inkişafında rol oynayan "Türkiyə Energetika keçidi 1.0" təşəbbüsünə töhfə verib. 2017-ci ildə Türkiyənin Milli energetika və Mədən strategiyasının elan edilməsindən sonra "Türkiyə Energetika keçidi 2.0" planlarını ətraflı izah etmişdir.
Beynəlxalq təşkilatlar çərçivəsində enerjinin idarə edilməsi və tənzimlənməsi sahəsində çalışmış Alparslan Bayraktar Enerji Tənzimləyiciləri Konfederasiyası (ICER) və Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) prezidenti vəzifələrində çalışıb. Hazırda Dünya Energetika şurasının Türk Milli Komitəsinin sədridir.
3 iyun 2023-cü ildə Alparslan Bayraktar prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Energetika və Təbii Sərvətlər naziri təyin edilib.
Evlidir, 2 uşaq atasıdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1975-ci ildə doğulanlar Kateqoriya:Bilkent Universitetinin məzunları Kateqoriya:Orta Şərq Texniki Universitetinin məzunları Kateqoriya:Türkiyənin energetika və təbii sərvətlər nazirləri Kateqoriya:Türkiyə nazirləri