Əbu Əmr Osman ibn Süleyman ibn Cürmüz əl-Bətti (; ) — bəsrəli alim və fəqih.
Həyatı Həyatı haqqında məlumatlar olduqca azdır.
Əslən kufəli olan Osman əl-Bətti Bəsrədə yaşamışdır. Mənbələrə görə, bətt (qalın geyim) ticarəti ilə məşğul olduğu üçün nisbəsinin "Bətti"dir.
İbn Sədə ilə İbn Quteybəyə görə, Bənu Zöhrənin mövlasıdır. İbn əl-Cövzi ilə Xəlifə ibn Xəyyat isə, onun Bənu Zöhrənin Səqif ailəsinə mənsub olduğunu bildirmişlər.
Ənəs ibn Maliki görsə də, o təbəut-tabeindən hesab olunur.
O, Həsən əl-Bəsrinin tələbəsi olmuş və Şəbidən hədis rəvayət etmişdir. Ondan isə Şöbə ibn Həccac, Süfyan əs-Səvri və başqaları hədis rəvayət ediblər.
Onun ölüm tarixi haqqında fərqli versiyalar vardır (757, 760 və ya 767).
Osman əl-Bəttənin fikirləri mötəziləyə yaxın olsa da, o mötəziləyə mənsub olmamışdır.
Əbu Hənifənin ona əqidə və kəlam mövzuları ilə bağlı ünvanladığı "Risalə ilə Osman əl-Bətti" adlı məktubları Hənəfilər arasında olduqca məşhurdur.
İstinadlar