Fabiola Laço Eqro (; ) — 1990-cı illərin əvvəllərində Albaniyada qadın hüquqları uğrunda vətəndaş hərəkatının başladığı dövrdən etibarən vətəndaş cəmiyyətinin görkəmli fəallarından biri. O, Albaniyada icmaların inkişafı üzrə "Gələcək naminə bu gün" şəbəkəsinin təsisçisi və rəhbəridir. Həyatı və karyerası Tirana şəhərində ziyalı bir ailədə doğulan Fabiola Laço, qadın hüquqları və imkanlarının genişləndirilməsi sahəsində mülki cəmiyyətdəki bütün fəaliyyəti boyu davam edəcək feminist ideyaları uğrunda mübarizə aparıb.

Ədəbiyyat və jurnalistika təhsilli, rumın dilini bilən Fabiola, karyerasına Albaniya Milli Radiosunda rumın dilində xəbər aparıcısı kimi başlayıb, sonra isə "Naim Fraşeri" Milli Nəşriyyatında poeziya və dram tənqidi üzrə redaktor kimi fəaliyyət göstərib.

Albaniya demokratiyasının ilk illərində o, Albaniya Müstəqil Həmkarlar İttifaqlarının sözçüsü olub. Bu fəaliyyəti dövründə o, qadın hüquqlarının müdafiəsinə geniş yer vermiş, sosial məsələlər və çətinliklərə, insan hüquqlarına, qadınların sosial-iqtisadi problemlərinə və mentalitetə diqqət yetirmiş, həmçinin bütöv bir nəslin gözləntiləri və ümidlərini dinləndirməyə, qadınlara sosial kimlik qazandırılması istiqamətində öz töhfəsini verib. Onun himayəsi altında, demokratiyanın ilk illərindən etibarən qadın hərəkatına, eləcə də cəmiyyətin marjinallaşmış və yoxsul qruplarına Almaniyanın "Brot für die Welt" (əvvəlki EED), İsveçrənin "HEKS EPER" və Niderlandın "ICCO" kimi kilsə əsaslı təşkilatlarından beynəlxalq yardımlar göstərilib.

Öz vizyonuna sadiq qalaraq, fəaliyyətinin ilk dörd ili ərzində Albaniya Gənc Xristian Qadınlar Assosiasiyasının həm-təsisçisi və direktoru olmuş, Beynəlxalq Gənc Xristian Qadınlar Şəbəkəsində bu qurumu təmsil edərək Albaniyadakı qadın hərəkatını beynəlxalq arenada duyurmuşdur. O, həmçinin 23 il boyunca "Albaniyalı Qadınlara Faydalı" birliyinin həmtəsisçisi və rəhbəri olub. Hazırda isə "Gələcək naminə Bu Gün" icmaların inkişafı şəbəkəsinin təsisçisi və icraçı direktorudur.

O, Birləşmiş Millətlər Təşkilatının Albaniyadakı agentliklərinin dəstəyi ilə "Gələcək naminə Bu Gün" şəbəkəsi tərəfindən ərsəyə gətirilən "Bring the Sun" adlı Albaniya Milli Gender Bərabərliyi himninin müəllifidir. Gender bərabərliyi uğrunda həyata keçirilən bu kampaniya sayəsində Albaniya, "Qadınlara qarşı Zorakılığa Yox deyək" mövzusunda keçirilən illik üçüncü Avon Kommunikasiya mükafatları müsabiqəsində 20 qlobal finalist siyahısına daxil edilib.

Əsərləri Durres şəhərinin Keçmiş Bataqlıq ərazisində işsizlik vəziyyəti (Albanca nəşr olunub, həmmüəllif) Durres şəhərinin Keçmiş Bataqlıq ərazisində tullantıların idarə edilməsi üzrə dövlət xidmətlərinin monitorinqi və qiymətləndirilməsi (Albanca nəşr olunub, həmmüəllif) Albaniyada SEED (Sosial İqtisadi İnkişaf üzrə Təhsil) üzrə ən yaxşı təcrübələr (Alban və ingilis dillərində nəşr olunub, həmmüəllif)

İstinadlar

Xarici keçidlər Cdc-tff.org Albaniens Frauen kämpfen um ihre Zukunft, br.de. Accessed 26 March 2024. (in German) WINNERS OF THE 2014 AVON COMMUNICATIONS AWARDS ANNOUNCED , futureswithoutviolence.org. Accessed 26 March 2024.

The New Women's Movement, dw.com. Accessed 26 March 2024.

Kateqoriya:Albaniyanın qadın hüquqları müdafiəçiləri