Mariya Reysik (; ) — Estoniyalı siyasətçi və feminist. O, ictimai xadim kimi fəaliyyət göstərib, 1919, 1929 və 1932-ci illərdə Estoniya parlamentinin deputatı seçilərək ölkənin siyasi həyatında mühüm rol oynayıb.
Eyni zamanda pedaqogika ilə məşğul olub. O, həm də jurnalist və redaktor kimi tanınıb. O, Estoniyada qadın hüquqları uğrunda mübarizə aparan ilk simalardan biri olub və feminizm hərəkatının inkişafına böyük töhfələr verib. Qadınların təhsil alması və seçki hüququ qazanması istiqamətində yorulmadan fəaliyyət göstərib.
Həyatı Mariya Reysik 3 (25) yanvar 1887-ci ildə Kilingi-Nımme şəhərində tacir ailəsində anadan olub. 1904-cü ildə Pyarnu qızlar gimnaziyasını bitirib. O dövrdə Estoniyada qadınların universitetə qəbulu mümkün olmadığı üçün Mariya Reysik Parisə getmiş, orada "Alyans Fransez"də fransız dili müəllimi ixtisasına yiyələnərək təhsilini tamamlayıb.
1909-cu ildən 1921-ci ilə qədər Tallin və Pyarnu məktəblərində fransız dili müəllimi kimi çalışıb. 1911-ci ildə hüquqşünas Piter Reysik ilə ailə qurub. 1919-cu ildə həyat yoldaşı ilə birlikdə Tallinə köçüb. Onların övladları olmayıb.
Mariya Reysik 1907-ci ildə Estoniyada ilk qadın təşkilatının əsasını qoyanlardan biri olub. 1907–1919-cu illərdə Tartu şəhərində qadın hərəkatının aparıcı simasına çevrilib və 1932-ci ildən bu hərəkatın fəxri üzvü seçilib.
1911-ci ildə Estoniyanın təhsilli qadınlarını bir araya gətirən ilk siyasi qadın jurnalı olan "Naisterahva Töö ja Elu"nu ("Qadınların İşi və Həyatı") təsis edib. 1918-ci ilə qədər bu jurnalın redaktoru kimi fəaliyyət göstərib. Onun fəaliyyəti 1917-ci ildə ilk Estoniya Qadınlar Konqresinin təşkilinə yol açıb və bu konqresin bazasında 1920-ci ildə "Estoniya Qadınlar Birliyi" yaradılıb. 1926-cı ildən isə "Naiste Hääl" jurnalına redaktorluq edib.
Fəaliyyəti Ölkə daxilində azadlıq hərəkatının təşəbbüskarlarından biri kimi aktiv siyasətə atılıb. Estoniya Xalq Partiyasının üzvü olub. 1919-cu ildə Mariya Reysik Estoniya Müəssislər Məclisinə seçilərək parlamentin yeganə qadın üzvü olub. O, üç dəfə (1919, 1929 və 1932-ci illərdə) Estoniya parlamentinə deputat seçilib.
1925-ci ildə Ayno Kallas ilə birlikdə Estoniyanı Dünya Qadınlar Konqresində təms edib. 1935-ci ilin payızında "Estoniya Qadınlar Birliyi" nəzdində Xalq Təsərrüfatı İnstitutunu yaradıb və 1936-cı ildən ona rəhbərlik edib.
1940-cı ildə Baltikyanı ölkələrin SSRİ-yə birləşdirilməsindən sonra "Estoniya Qadınlar Birliyi" ləğv edilib. 1941-ci ildə Mariya Reysik NKVD tərəfindən təqiblərə məruz qalıb. Elə həmin il Tallin xəstəxanalarının birində müəmmalı şəraitdə vəfat edib və Tallindəki Liyiva qəbiristanlığında dəfn olunub.
Mükafatları Mariya Reysik dövlət və cəmiyytə qarşısındakı xidmətlərinə görə aşağıdakı ordenlərlə təltif olunub: II dərəcəli Estoniya Qırmızı Xaç Ordeni (1929) III dərəcəli Estoniya Qırmızı Xaç Ordeni (1938)
İstinadlar
Xarici keçidlər The very first Estonian feminists — Lilli Suburg and Marie Reisik Eesti feministide eelkäija Marie Reisik 130