Co Roqan () — amerikalı podkastçı, UFC-nin şərhçisi, komediyaçı, aktyor və keçmiş televiziya aparıcısı. O, dünyanın ən məşhur podkastlarından biri olan və 2020-ci ildən bəri Spotify-da ən çox izlənilən podkast olan "The Joe Rogan Experience" verilişinə aparıcılıq edir.
Roqan Nyu-Cersi ştatının Nyuark şəhərində anadan olub və komediya karyerasına 1988-ci ildə Boston bölgəsində başlayıb. 1994-cü ildə Los-Ancelesə köçdükdən sonra Disney ilə eksklüziv inkişaf müqaviləsi imzalayıb və Hardball və NewsRadio da daxil olmaqla bir neçə televiziya şousunda aktyor kimi çıxış edib. 1997-ci ildə UFC-də müsahibə götürən və şərhçi kimi işləməyə başlayıb. O, özünün komediya janrında ilk xüsusi buraxılışı olan "Mən Bir Gün Ölü Olacam…"ı 2000-ci ildə yayımlayıb və 2001-ci ildən 2006-cı ilə qədər "Fear Factor" oyun şousuna aparıcılıq edib.
"Fear Factor"dan ayrıldıqdan sonra Roqan ayaqüstü komediya karyerasına diqqət ayırıb və daha çox komediya xüsusi buraxılışlarına aparıcılıq edib. O, 2009-cu ildə "The Joe Rogan Experience" verilişinə başlamışdır; 2015-ci ildə artıq bu şou, dünyanın ən məşhur podkastlarından biri olub və hər seriyada müntəzəm olaraq milyonlarla tamaşaçı qazanıb. Spotify 2020-ci ildə 200 milyon dollara "The Joe Rogan Experience" verilişinin eksklüziv yayım hüquqlarını əldə edib. Roqanın auditoriyası o vaxtdan bəri xeyli artıb və 2024-cü ildə o, Spotify ilə müqaviləsini təxminən 250 milyon dollara yeniləyib, lakin artıq veriliş üçün Spotify eksklüziv hüquqlara malik deyildi.
Roqan eynicinsli evlikliklərə, əyləncə üçün narkotiklərin qanuniləşdirilməsinə, universal səhiyyə xidmətinə, universal əsas gəlirə, silah hüquqlarına və söz azadlığına dəstəyini bildirmişdir, o, eyni zamanda ləğv mədəniyyətinə və hərbi macəraçılığa qarşı çıxmışdır. Roqan konspirasiya nəzəriyyələrini, COVID-19 ilə bağlı dezinformasiyanı, transfobiyanı təbliğ etdiyinə və dezinformasiya və yalan elm yayan qonaqları qəbul etdiyinə görə tənqid olunmuşdur. Siyasətdə əvvəllər 2012-ci ildə Ron Paulu və 2020-ci ildə Berni Sandersi dəstəkləyən Roqan 2024-cü ildə Donald Trampı dəstəkləmişdir. Daha sonra o, Trampın bəzi siyasətlərini tənqid etmiş, buna baxmayaraq, eyni zamanda Trampla birlikdə ictimai tədbirlərdə iştirak etmişdir.
İstinadlar
Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ taekvondoçuları Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:ABŞ-nin televiziya aparıcıları Kateqoriya:İdman şərhçiləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Komediyaçılar Kateqoriya:MMA Kateqoriya:Qarışmama (beynəlxalq münasibətlər) Kateqoriya:Time 100 Kateqoriya:XX əsr ABŞ aktyorları Kateqoriya:XXI əsr ABŞ aktyorları Kateqoriya:XXI əsr ABŞ yazıçıları