Oksana Mixaylovna Steşenko (; ) — Ukraynalı və sovet uşaq yazıçısı, tərcüməçi və pedaqoqu. Steşenko Qazaxıstan SSR-də yerləşən QULAQ düşərgəsində həbsdə olarkən vəfat edib.
Erkən həyatı və təhsili Oksana Mixaylovna Staritska 24 yanvar 1875-ci ildə Kremençuq qəzasının Karpivka kəndində ukraynalı ziyalı ailəsində anadan olub. Steşenkonun atası Mixail Staritski yazıçı, şair və dramaturq, anası Sofiya Staritska isə ictimai xadim, sahibkar və aktrisa idi. Ailənin beş uşağından biri olan Oksana, aktrisa və rejissor Mariya Staritskanın, həmçinin yazıçı, tərcüməçi və ədəbi tənqidçi Lyudmila Staritska-Çernyaxivskanın kiçik bacısı olub.
1892-ci ildə Birinci Özəl Qadın Gimnaziyasını bitirən Steşenko, 1907-ci ildə isə Lısenko adına Musiqi və Dram Məktəbindən məzun olub.
Şəxsi həyatı 1897-ci ildə o, İvan Steşenko ilə ailə həyatı qurub. Onların bu nikahdan: biblioqraf Yaroslav Steşenko və aktrisa İrina Steşenko adlı iki övladı dünyaya gəlib.
Karyerası 1888-1893-cü illədə Steşenko, bacısı Lyudmıla Starıtska-Çernyahivska və gələcək həyat yoldaşı İvan Steşenko ilə birlikdə "Pleyada" ədəbi qrupunun üzvü olub.
1898-ci ilin avqustunda Steşenko və artıq həyat yoldaşı olan İvan Steşenko, "Gənc Ukrayna" cəmiyyətinin qurultayında iştirak ediblər.
1908-ci ildən etibarən Steşenko, Ukrayna Klubu və onun varisi olan "Rodına" birliyinin üzvü olmuş, onun bu fəaliyyəti birliyin 1918-ci ildə qadağan edilməsinə qədər davam etmişdir.
1917-ci ildə Steşenko Ukrayna Xalq Respublikasının Maarif Nazirliyində məktəbdənkənar təhsil şöbəsində fəaliyyət göstərib. O, həmçinin Kiyevdəki 1 nömrəli Ukrayna Gimnaziyasında da müəllimlik edib.
1939-cu ildə Steşenko, Ukrayna Milli Yazıçılar Birliyinə üzv qəbul olunub.
Steşenko rus ədəbiyyatını ukrain dilinə tərcümə edib.
Həbsi
Russiya imperiyası 1897-ci ildə, 22 yaşında olarkən Steşenko, Mariya Vetrovanın ölümünə etiraz olaraq keçirilən nümayişdə iştirak etdiyi üçün həbs edildi. Lukyanivska həbsxanasında iki həftə saxlanılan Steşenko, İvan Steşenkonun qonşu kamerasında yerləşdirilmişdi. Onlar azadlığa çıxdıqdan sonra evlənməyə qərar verdilər.
Steşenko "qurd bileti" ilə sərbəst buraxıldı. Bu sənəd onu iki il müddətinə ictimai nəzarət altında saxlayır, həmçinin müəllimlik etmək və ya universitetlərdə çalışmasını qadağan edirdi.
NKVD tərəfindən həbsi və ölüm 1941-ci il iyulun 20-də Steşenko və bacısı Lyudmila Staritska-Çerniaxivska NKVD tərəfindən həbs edildilər. Xarkova aparılan bacılar, Ukrayna SSR Cinayət Məcəlləsinin 54-cü maddəsi ilə anti-sovet fəaliyyətdə ittiham olundular. Hər iki bacı "Stolipin vaqonu" ilə Qazaxıstan SSR-yə sürgün edildi. Yolda dünyasını dəyişən Staritska-Çerniaxivskanın cənazəsi qatardan çölə atıldı.
1942-ci ildə Steşenko QULAQ düşərgəsində vəfat etdi. Steşenkonun məzarı da məlum deyil.
İstinadlar
Kateqoriya:Ukraynalı yazıçılar