Periferiya ittifaqı (, , , , ) — İsrail Baş naziri David Ben-Qurion tərəfindən işlənib hazırlanmış xarici siyasət strategiyası. 1999-cu ildə "Mossad"ın rəhbəri Meir Amit bu strategiyanı "Yaxın Şərqdə müsəlman qeyri-ərəb bütün aktorlarla müttəfiqlik" kimi təsvir etmişdir.Periphery: Israel’s Search for Middle East Allies, Joseph Alpher, Yossi Alpher, 2015, pp. 135,

Tarixi "Periferiya" termini Yaxın Şərqdə qeyri-ərəb və qeyri-müsəlman əhalinin coğrafi baxımdan ərəb müsəlman əhalisini böyük ölçüdə əhatə etməsi faktına görə istifadə edilmişdir.Nixon, Kissinger, and the Shah: The United States and Iran in the Cold War, Roham Alvandi, 2016, pp. 71-72, 1958-ci ildəki ilkin alyansa İsrail, Türkiyə, İran və Efiopiya daxil olmuşdur.Periphery: Israel’s Search for Middle East Allies, Joseph Alpher, Yossi Alpher, 2015, pp. 7, Bununla belə, bu siyasət həmçinin dürzilər, kürdlər, bəluclar, bərbərlər, Yaxın Şərq xristianları və cənubi sudanlılara münasibətdə də tətbiq edilmişdir.Periphery: Israel’s Search for Middle East Allies, Joseph Alpher, Yossi Alpher, 2015, pp. 136, Iran’s Influence in Afghanistan: Implications for the U.S. Drawdown, Alireza Nader, Ali G. Scotten, Ahmad Idrees Rahmani, Robert Stewart, Leila Mahnad · 2014, pp. 15, Barux Uzielə görə, bu ittifaq ərəblərin müqavimətini qıraraq onların imperializminə son qoymalı, qeyri-ərəb və qeyri-müsəlman icmalarına, nəticədə isə bütün bölgəyə sülh gətirməli idi. Uziel islamçılıq və kürd müstəqillik hərəkatı kimi bu ittifaqın qarşısında duran çətinlikləri etiraf etmiş, lakin"heç bir yeni və cəsur ideyanın heç vaxt düz bir xətt üzrə və döngələr olmadan yol açmadığını" iddia edərək bu siyasəti müdafiə etmişdir.The Turkish-Israeli Relationship: Changing Ties of Middle Eastern Outsiders, O. Bengio, 2004, pp. 34,

İsrail xarici siyasəti ümumiyyətlə milli maraqları izləmişdir, lakin Yossi Alferin fikrinə görə, "yeganə istisna azlıqlarla qurulan bəzi əlaqələr olmuşdur ki, burada İsrailin dəstəyi ərəblərin əlindən əziyyət çəkənlərə qarşı həm səmimi rəğbət, həm də empatiya dərəcəsini əks etdirirdi".Periphery: Israel’s Search for Middle East Allies, Joseph Alpher, Yossi Alpher, 2015, pp. 73, İsrail qonşu ərəb dövlətləri üzərində hərbi qələbələrindən sonra da bu ittifaqı davam etdirməyə çalışmışdır.Treacherous Alliance: The Secret Dealings of Israel, Iran, and the United States, Trita Parsi, 2007, pp. 90,

1949-cu ildə Türkiyə İsraili rəsmən tanıyan ilk müsəlman çoxluqlu dövlət olmuşdur.Kanat, K. B. “Turkish-Israeli Relations during the Cold War.” Israel Studies Review 31, no. 2 (2016): pp. 132. doi:10.3167/isr.2016.310208. 1958-ci ildə İsrailin baş naziri David Ben-Qurion və Türkiyə Baş naziri Adnan Menderes arasında gizli görüş keçirilmiş, bu görüşdə tərəflər ittifaqı müzakirə etmiş, kəşfiyyat məlumatları və hərbi dəstək mübadiləsi aparmışlar. İran da bu prosesə daha az dərəcədə cəlb olunmuşdur.The Turkish-Israeli Relationship: Changing Ties of Middle Eastern Outsiders, O. Bengio, 2004, pp. 33, Türkiyə və İsrail əsasən İraq və Suriyada yeni yaradılmış bəəsçi rejimlərdən narahatlıq keçirirdilər.Lochery, N. “Israel and Turkey: Deepening Ties and Strategic Implications, 1995–98.” Israel Affairs5, no. 1 (1998): pp. 46. doi:10.1080/13537129808719497. İran, Türkiyə və İsrail 1958-ci ildə "Trident" kimi tanınan paktı təsis etmişdilər. 1967-ci ildə Türkiyə İsrailin işğal olunmuş ərazilərdən çıxması üçün çağırış etmişdir, lakin ərəblərə qoşularaq İsraili "təcavüzkar dövlət" kimi qınamaqdan imtina etmişdir. Rabatda keçirilən İslam Konfransı Təşkilatının toplantısında Türkiyə müsəlman dövlətlərini İsrail ilə diplomatik münasibətləri kəsməyə çağıran qətnaməyə qarşı çıxmışdır, lakin 1973-cü il Yom Kippur müharibəsi və OPEK-in neft embarqosu alyansda soyuqluğun yaranmasına səbəb olmuşdur.

1979-cu il İran inqilabı bu siyasət üçün böyük bir uğursuzluq olmuşdur. İranın yeni hökuməti İsrail ilə münasibətləri kəsmiş və onun tanınmasını geri götürmüşdür. Ruhullah Xomeyni, Əli Xamenei və Mahmud Əhmədinejad kimi İran liderləri dəfələrlə İsraili "qeyri-qanuni qurum" adlandırmış və hətta onun məhv edilməsinə çağırmışdılar. İsrail İran İslam Respublikası ilə ittifaqı yenidən qurmaq üçün bir neçə cəhd göstərmiş, İran–İraq müharibəsi zamanı İranı maliyyələşdirib silahlandırmış və İrana neftinin satışında köməklik etmişdir.Treacherous Alliance: The Secret Dealings of Israel, Iran, and the United States, Trita Parsi, 2007, pp. 104. Türkiyə İsrail və İran arasındakı münasibətləri asanlaşdırmışdır. İsraildə yaşayan İran yəhudiləri Türkiyəyə səfər edir, İsrail pasportlarını poçtla İsrailə geri göndərir və İran pasportlarından istifadə edərək İrana daxil olurdular. İran hökumət rəsmiləri Türkiyədən İsrailə uçur və pasportlarına möhür vurdurmurdular.Treacherous Alliance: The Secret Dealings of Israel, Iran, and the United States, Trita Parsi, 2007, pp. 9, 26.

Türkiyə və İran ittifaqın əsas sütunları olduğundan kürdlər böyük rol oynamırdılar. Bununla belə, İsrail İraqdakı kürd separatçı hərəkatını fəal şəkildə dəstəkləmişdir. İsrailin 1960-cı illərdə İranın razılığı ilə İraqda yaşayan kürdləri dəstəkləməsinə baxmayaraq,Kurds and Their Struggle for Autonomy: Enduring Identity and Clientelism, Mehran Tamadonfar, Roman Lewis, 2024, pp. 234, nə Türkiyə, nə də İran öz sərhədlərində kürd dövləti istəmirdilər. Ben-Qurion "Mossad"ı "İran və Türkiyənin ayağını tapdalamadan" KDP-ni dəstəkləməyə çağırmışdır. 1950-ci illərin sonundan etibarən "Mossad" və SAVAK İraqda kürd qruplarını dəstəkləmək üçün əməkdaşlıq etmişdilər. İsrail Türkiyə və İranda kürd separatçı hərəkatlarını qəsdən görməzdən gəlmiş, kürd separatizmini yalnız İraqda dəstəkləməyin məqsədəuyğunluğunu tanımışdır. İsrailin İraq kürdlərinə dəstəyi 1958-ci ildə Əbdülkərim Qasımın hakimiyyətə gəlməsindən sonra, Qasımın Fələstin Dövlətinə verdiyi dəstəyə cavab olaraq başlamışdır.Power struggles in the Middle East: Unveiling the Iranian-Egyptian Cold War, Alessandra Cecolin, Journal of Global Faultlines, Vol. 12, No. 1, pp. 48-50, 2025

İstinadlar

Xarici keçidlər Whither the Persian-Jewish alliance? Trita Parsi Treacherous Alliance By Trita Parsi

Kateqoriya:Efiopiya–Türkiyə münasibətləri Kateqoriya:Ərəb milliyətçiliyinə müxalifət Kateqoriya:Ərəb-İsrail münaqişəsi siyasəti Kateqoriya:İran–İsrail münasibətləri Kateqoriya:İran–Türkiyə münasibətləri Kateqoriya:İsrail–Türkiyə münasibətləri Kateqoriya:Kürd tarixi