Fyodor Vyaçeslavoviç Şukin (4 avqust 1976-cı ildə Qorki vilayətinin Poçinki rayonunun mərkəzi Poçinki kəndi) — Rusiya dövlət xadimi və təqaüddə olan hakimi, 4 may 2026-cı ildən Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən, 2024-cü ildən 2026-cı ilə qədər Dağıstan Respublikası Ali Məhkəməsinin sədri.

Həyatı Fyodor Şukin 4 avqust 1976-cı ildə Qorki vilayətinin Poçinki kəndində anadan olub. Rus məşəllidir.

1997-ci ildə Nijni Novqorod Dövlət Universitetinin Hüquq fakültəsini, 2002-ci ildə isə N. P. Oqarev adına Mordoviya Dövlət Universitetinin Dövlət və Bələdiyyə İdarəçiliyi ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb.

O, 1995-ci ildə hüquqşünas kimi əmək fəaliyyətinə başlayıb. F. Şukin 2004–2005-ci illərdə Poçinki rayonunda sülh hakimi, 2005–2013-cü illərdə Poçinki Rayon Məhkəməsinin hakimi, 2013–2020-ci illərdə Semyonovski Rayon Məhkəməsinin sədri, 2020–2024-cü illərdə isə Nijni Novqorod Vilayət Məhkəməsinin sədr müavini vəzifələrində çalışıb.

O, 2024-cü ilin fevral ayından 4 may 2026-cı il tarixinə qədər Dağıstan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.

30 aprel 2026-cı ildə Vladimir Putin Xalq Məclisi tərəfindən təklif edilən Fyodor Şukinin Dağıstan Respublikasının rəhbəri vəzifəsinə namizədliyini dəstəklənib.

4 may 2026-cı ildə Rusiya Hakimlərinin Ali İxtisas Kollegiyası onun "şərəfli təqaüdə çıxması ilə əlaqədar" istefasını təmin edib və həmin gün Rusiya prezidenti Şukini Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən kimi təyin edib.

Mükafatlar "Nijni Novqorodun 800 illiyi xatirəsinə" yubiley medalı (2021); "Rusiya Ali Məhkəməsinin 100 illiyi" yubiley medalı (2023); 1-ci və 2-ci dərəcəli "Çalışqanlığa görə" fərqlənmə nişanları (Rusiya Federasiyası Ali Məhkəməsinin Məhkəmə Departamenti); 3-cü dərəcəli "Ədalətə qüsursuz xidmətə görə" medalı (Rusiya Federasiyası Ali Məhkəməsinin Məhkəmə Departamenti); "Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamentinin 10 ili" medalı (2008, Rusiya Federasiyası Ali Məhkəməsi yanında Məhkəmə Departamenti); "Rusiyada məhkəmə islahatının 150 ili" medalı (2014, Rusiya Federasiyası Hakimlər Şurası).

İstinadlar

Kateqoriya:Mordoviya Dövlət Universitetinin məzunları Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:Rusiya hüquqşünasları Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1976-cı ildə doğulanlar Kateqoriya:4 avqustda doğulanlar