Sabirə Aydəmir (; ) — türk baytar həkimi.

O, 1937-ci ildə Ankara Universitetinin Baytarlıq fakültəsindən məzun olan on qadından biridir. 1984-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən ona Türkiyənin ilk qadın baytar həkimi mükafatı verilib. Həyatı Sabirə Aydəmir 1 fevral 1910-cu ildə Kastamonunun İnəbolu ilçəsində anadan olub. Anası Firdevs Saka (Dalyan), atası Seyit Əli olub. O, atasını kiçik yaşlarında itirib. Anası Firdevs xanım İstanbuldan gətirdiyi əşyalarını İnəboluda sataraq ona və özündən iki yaş böyük olan bacısı Zatiyeyə (Görel) baxıb.Özlem Özdemir, Kadınlar Cumhuriyeti, Doğan Kitap, 2023

Sabirə xanım ibtidai təhsilini İnəboluda tamamladıqdan sonra orta təhsilinə İstanbulda davam etdirib. 1933-cü ildə Ərənköy Qız Liseyindən məzun olub. Tibbi həkimi olmaq istəyən Sabirə xanım, Tibb fakültəsinə qız tələbələrini yataqxana imkanı ilə qəbul etmədikləri üçün fikrini dəyişərək, həmin il ilk dəfə qadın tələbə qəbul edən Baytarlıq Ali Məktəbinə daxil olub.Nesrin Turhan, "Kadın-erkek yok, farklı meslek var", Milliyet gazetesi, 5 Aralık 1984 1937-ci ildə Baytarlıq Ali Məktəbindən məzun olub.

O, iki il müxtəlif laboratoriyalarda çalışdıqdan sonra Baytarlıq fakültəsinə assistent olaraq geri döndü. 1945-ci ilə qədər buradakı vəzifəsini davam etdirdi. İstanbuldakı Pendik Bakterioloji və Araşdırma İnstitutu və Ankaradakı Etlik Baytarlıq Nəzarət və Araşdırma İnstitutu kimi səhiyyə müəssisələrində bakterioloq baytar həkim olaraq çalışıb.

1947-ci ildə birlikdə çalışdıqları ünyeli Həsən Tahsin Aydəmir ilə ailə qurub. Birlikdə Samsuna köçən cütlüyün iki övladı dünyaya gəlib. Samsunun Atakum ilçəsindəki Baytarlıq Nəzarət və Araşdırma İnstitutu nəzdində fəaliyyət göstərən quduzluq laboratoriyasından təqaüdə çıxıb.

1984-cü ildə qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 50-ci ildönümü münasibətilə, Türkiyə Böyük Millət Məclisi tərəfindən "İlk qadın baytar həkim" olması səbəbilə ona mükafat və fəxri fərman təqdim edilib.

Sabirə Aydəmir 1991-ci ilin iyul ayında Ankarada vəfat edib.

2022-ci ildə Google, Sabirə Aydəmirin 112-ci ad günü münasibətilə xüsusi "doodle" yayımlayıb.

2022-ci ildə məmləkəti Kastamonu İnəboludakı Şəhər Muzeyində onun keçmişi, əşyaları və mükafatlarını əks etdirən, öz adına bir guşə yaradılıb. Bunun məqsədi gələcək nəsil Türk qadınları üçün bir ilham mənbəyi olmaqdır.

Mükafatları 1980 - Veterinar Həkimlər Dərnəyinin "Fəxri sertifikatı" və "Lövhəsi" təqdim edilib. 1984 - Qadınlara seçmək və seçilmə hüququnun verilməsinin 50-ci ildönümü münasibətilə Türkiyə Böyük Millət Məclisi tərəfindən ona "İlk Qadın Veterinar həkim" olaraq mükafat verilib. 2016 - Türk Veterinar Həkimləri Birliyinin "Fəxri mükafatı" və "Lövhəsi" təqdim edilib.

Galeri

İstinadlar