Marta Maqdalena Stojek (; ) — polyak siyasətçisi, 2024-cü ildən Polşa Seyminin üzvü. Erkən həyatı və təhsili Marta Maqdalena Stojek fəhlə ailəsində dünyaya gəlib. O, öncə fizika üzrə təhsil almağa başlasa da, təhsilini tamamlamayıb. 2015-ci ildə Vrotslav Universitetinin Hind filologiyası ixtisası üzrə bakalavr dərəcəsi qazanıb. O, İT sektoru və təhsil sahəsinə fokuslanmış "HerStory" Fondunda menecerlik də daxil olmaqla, müxtəlif vəzifələrdə çalışıb. Şəxsi həyatı SOborniki-Slyonske şəhərində yaşayan Stojek, dörd qız və bir oğul anasıdır. Ona 44 yaşında ADHD (diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu) diaqnozu qoyulub. Siyasi fəaliyyəti "Birlik Partiyası"na qoşulan Maqdalena Stojek onun milli şurasının üzvü və Vrotslav üzrə lideri olub.

2018-ci il Polşa yerli seçkilərində o, "Hər kəs üçün Vrotslav" seçki komitəsinin tərkibində Vrotslav Şəhər Şurasına namizədliyini versə də, uğur qazana bilməyib. O, həmçinin 2019-2023-cü illərdə Vrotslav dairəsindən Seymə namizədliyini irəli sürüb və müvafiq olaraq 10,212 və 19,434 səs toplayıb.

2024-cü ildə Stojek, Aşağı Sileziya Voyevodalığı Seymikinə üzv seçilib və elə həmin il Avropa Parlamentinə keçirilən seçkilərdə uğursuzluqla üzləşib.

O, 26 iyun 2024-cü ildə Avropa Parlamentinə seçilən Kşiştof Şmişeki əvəz edərək Seymdəki yerini tutub.

2024-cü ilin oktyabrında o və Birlik Partiyasının digər bütün deputatları "Solçular" parlament fraksiyasını tərk ediblər. İstinadlar